Bakı metrosundakı terrordan 23 il ötür

395

Bakı metropoliteninin “20 yanvar” stansiyasında qatarda törədilən terror aktından 23 il ötür.

1994-cü il martın 19-da saat 13:00-da baş verən həmin hadisə zamanı 14 nəfər həlak olub, 49 nəfər ağır xəsarətlər alıb.
Azərbaycanın hüquq-mühafizə orqanları bunun bir terror aktı olduğunu və onu Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını bildirir. Rəsmi məlumata görə hadisəni Sadval Ləzgi Xalq Hərəkatı təşkilatının üzvləri törədiblər.
Yenə həmin il – 1994-cü il iyulun 3-də Bakı metrosunun “28 may” və “Gənclik” stansiyalarının arasında qatarda partlayış törədilib. Bu hadisədə 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.
Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəni də Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyini bildirir. Rəsmi versiyaya görə Ermənistan xüsusi xidmət orqanları bir Azərbaycan vətəndaşını məxfi əməkdaşlığa cəlb edərək onu metronu partlatmaq tapşırığı ilə Bakıya göndərib.
Bu iki partlayışda ümumilikdə 27 nəfər həlak olub, 91 nəfər yaralanıb.
Amma Bakı metropolitenində ən böyük insan itkisi 1995-ci il oktyabrın 28-də baş verib. Həmin gün metronun “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb.teleqraf.com