Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verilib

41

Mayın 29-da Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış olub.

Bu gün açılışı olan “8 Noyabr” stansiyasına daxil olan sərnişinlər digər metrostanaiyalarına keçmək üçün “Memar Əcəmi” stansiyasına gedərək yaşıl xəttə keçəcəklər.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mərbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib..

O bildirib ki, “8 Noyabr” stansiyası 3 səviyyədən ibarətdir:

“ Stansiyanın platformasına düşərək qatara minə biləcəklər. Bu stansiyanın mənzili “8 Noyabr”- “Avtovazğzal” stansiyalarını əhatə edir. “8 Noyabr” stansiyasında qatara minən sərnişinlər digər stansiyalara getmək üçün “Memar Əcəmi” metrostansiyasının bənövşəyi xəttindən Yaşıl xəttə keçid edərək ünvan başına gedə bilərlər. Bunun üçün sərnişinlər normal qaydada bir dəfə ödəniş edəcəklər. Stansiyalardan keçiddə əlavə ödəniş tələb edilmir”