Bakı-2015: Kim neçə medal qazandı?

0
573

Bakı-2015 I Avropa Oyunlarına yekun vurulub. Bu gün yarışların son 9 medal dəstinin sahibi müəyyənləşib.

 

Bununla, 17 gün ərzində 253 dəst mükafat üçün mübarizə aparan 50 ölkə təmsilçisinin yarışı sona çatıb. Son günü medalsız başa vuran Azərbaycan yığması ümumilikdə 2-ci yeri tutub.

 

21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla, 56 medala yiyələnən millimiz yalnız Rusiyadan geri qalıb. Şimal qonşularımız 79 dəfə çempionluq yaşayıb. 40 gümüş və 45 bürüncü də olan rusiyalılar 164 medala sahib çıxıb.

 

İlk “üçlük”də Böyük Britaniya yığması da yer alıb. Almaniya 4-cü, Fransa 5-ci, İtaliya isə 6-cı yerlə kifayətlənib. 29 medal qazanan qonşu Türkiyə 14-cü pilləylə kifayətlənib.

 

Ümumilikdə isə Bakı-2015-də 844 medalın sahibi bəlli olub. Eyni sayda 253 qızıl və gümüşlə yanaşı, 338 bürünc mükafat oynanılıb. Bunlara 50 iştirakçı ölkədən 42-nin idmançıları yiyələnib. Onlardan 31-i çempionluq qazanmağı bacarıb. Lüksemburq, Malta, Bosniya və Herseqovina, Andorra, Albaniya, İslandiya, Lixtenşteyn, və Monako isə Bakı-2015-i medalsız tərk edib.

 

Yer Ölkə Qızıl Gümüş Bürünc Cəmi
1 Rusiya 79 40 45 164
2 Azərbaycan 21 15 20 56
3 Böyük Britaniya 18 10 19 47
4 Almaniya 16 17 33 66
5 Fransa 12 13 18 43
6 İtaliya 10 26 11 47
7 Belarus 10 11 22 43
8 Ukrayna 8 14 24 46
9 Hollandiya 8 12 9 29
10 İspaniya 8 11 11 30
11 Macarıstan 8 4 8 20
12 Serbiya 8 4 3 15
13 İsveçrə 7 4 4 15
14 Türkiyə 6 4 19 29
15 Belçika 4 4 3 11
16 Danimarka 4 3 5 12
17 Rumıniya 3 5 4 12
18 Portuqaliya 3 4 3 10
19 Polşa 2 8 10 20
20 Avstriya 2 7 4 13
21 Gürcüstan 2 6 8 16
22 İsrail 2 4 6 12
23 Slovakiya 2 2 3 7
24 Litva 2 1 4 7
25 İrlandiya 2 1 3 6
26 Xorvatiya 1 4 6 11
27 Bolqarıstan 1 4 5 10
28 Yunanıstan 1 4 4 9
29 İsveç 1 3 3 7
30 Sloveniya 1 1 3 5
31 Latviya 1 0 1 2
32 Çexiya 0 2 5 7
33-34 Estoniya 0 1 2 3
Moldova 0 1 2 3
35 San Marino 0 1 1 2
36-37 Ermənistan 0 1 0 1
Kipr 0 1 0 1
38-39 Makedoniya 0 0 2 2
Norveç 0 0 2 2
40-42 Finlandiya 0 0 1 1
Kosovo 0 0 1 1
Monteneqro 0 0 1 1

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here