Bakı-2015 I Avropa Oyunlarının II günündə 17 ölkə təmsilçiləri medal qazanıb. 13 dəst medalın sahibini tapdığı gündə Azərbaycan millisi hamıdan çox mükafat qazanıb.
Yığmamız ümumilikdə 7 medal qazanıb. Mükafatlarından 3-ü qızıl olan millimiz qeyri-rəsmi komanda hesabında 2-ci pillədə qərarlaşıb.
Bu siyahıya isə İsveçrə başçılıq edir. Azərbaycan və İsveçrə kimi, 3 çempionluq sevinci yaşayan Rusiya 3-cü pillədədi.
Qeyd edək ki, yalnız 5 ölkə təmsilçiləri qızıl medal qazanıb.
Yer | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
1 | İsveçrə | 3 | 2 | 1 | 6 |
2 | Azərbaycan | 3 | 1 | 3 | 7 |
3 | Rusiya | 3 | 0 | 0 | 3 |
4 | Fransa | 2 | 1 | 3 | 6 |
5 | Türkiyə | 2 | 1 | 2 | 5 |
6 | İtaliya | 0 | 2 | 0 | 2 |
7 | Xorvatiya | 0 | 1 | 2 | 3 |
8 | Belarus | 0 | 1 | 1 | 2 |
9-12 | Avstriya | 0 | 1 | 0 | 1 |
Macarıstan | 0 | 1 | 0 | 1 | |
Hollandiya | 0 | 1 | 0 | 1 | |
Ukrayna | 0 | 1 | 0 | 1 | |
13-17 | Bolqarıstan | 0 | 0 | 1 | 1 |
Almaniya | 0 | 0 | 1 | 1 | |
Makedoniya | 0 | 0 | 1 | 1 | |
Polşa | 0 | 0 | 1 | 1 | |
isveç | 0 | 0 | 1 | 1 |