“Ba­kı” “Qa­ra­bağ”ı büd­rət­di

498

Aprelin 5-də To­paz Prem­yer Li­qa­sın­da XXVI­II tu­run oyun­la­rı ke­çi­ri­lib. Tu­run 3 gö­rü­şü pay­taxt­da baş tu­tub.

Tur­nir cəd­və­li­nin li­de­ri “Qa­ra­bağ” aut­say­der “Ba­kı”nın qo­na­ğı olub. Ar­dı­cıl 2-ci çem­pi­on­luq uğ­run­da inam­la ad­dım­la­yan Ağ­dam təm­sil­çi­si bu qar­şı­laş­ma­nın aş­kar fa­vo­ri­ti idi. Hətta bu oyun­da tur­nir cəd­və­li­nin bi­rin­ci­si­nin -”at­lı­la­rın” qa­lib gə­lə­cə­yənin əsla şübhə doğurmadığını söyləyənlər də az deyildi. La­kin Ağ­dam klu­bu son 5 tur­da xal qa­za­na bil­mə­yən və ha­zır­da ağır gün­lə­ri­ni ya­şa­yan, hətta mütəmadi məşqlərə çıxmayan “zo­laq­lı­lar”ı məğ­lub edə bil­mə­yib. Be­lə ki, oyu­nun 26-cı də­qi­qə­sin­də he­sa­bı Rey­nal­do aç­sa da, “Ba­kı” əz­mkar­lıq nü­ma­yiş et­di­rə­rək vu­ru­lan qol­dan 13 də­qi­qə son­ra he­sa­bı bə­ra­bər­ləş­di­rib: Nur­lan Nov­ru­zov pe­nal­ti­ni qo­la çe­vi­rib. (Bu­nun­la da o, çem­pi­o­nat­da özü­nün 12-ci qo­lu­nu vur­maq­la bom­bar­dir­lər si­ya­hı­sın­da ye­ri­ni möh­kəm­lən­di­rib) Oyun elə bu hesabla (1:1) başa çatıb.

İd­di­a­sı­na və he­yə­ti­nə gö­rə pay­taxt klu­bun­dan qat-qat güc­lü olan “Qa­ra­bağ”ın bu xal it­ki­sini sen­sa­si­ya sa­ymaq olar.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi) bu büdrəməni komandasının yorğunluğu ilə əsaslandırıb: “Oyunda qol epizodlarımız oldu. Amma yorğunluq hiss olunurdu. Matça yaxşı hazırlaşa bilməmişdik. “Bakı” bu gün bizdən xal aldı. Futbolçuların üzərinə çox getmək istəmirəm. Matçın gedişində hər şey görünürdü. Futbolçularım düzgün düşünə bilmirdilər. İndi əsas məqsəd oyunçuları yaxşı vəziyyətə gətirməkdir. Hücumda müəyyən problemlərimiz var”. “Bakı”nın baş məşqçisi İbrahim Uzunca böyük sıxıntılardan sonra “Qarabağ” kimi güclü bir komandaya qarşı mübarizə apardıqlarını və bir xal aldıqlarını vurğulamaqla yanaşı, bu sözləri də deyib: “Mən indiyə qədər “oyuna çıxmayacağıq” cümləsi işlətməmişəm. Məşqə çıxmamaq olar, belə problemlər mümkündür. Bu gün futbolçular oyuna çıxdılar və  bir xal qazandıq. Mən bu xalı rəhbərliyə hədiyyə edirəm”.

Qeyd edək ki, bu oyun öncəsi “Bakı”nın oyunçuları bir aylıq məvaciblərini almadıqlarını əsas gətirərək məşqlərə çıxmaqdan imtina etmişdilər. Hətta bu məsələdə baş məşqçinin əli olduğu da bildirilirdi. Bəzi saytlar elə bu səbəbdən paytaxt təmsilçisinin baş məşqçisi İbrahim Uzuncanın istefaya göndərilməsi ilə bağlı xəbərlər də yaymışdı.

Məlumat üçün bildirək ki, ca­ri möv­süm­də indiyədək 3 də­fə üz­lə­şmiş bu ko­man­da­la­rın du­e­lin­də “at­lı­lar” rə­qi­bi­ni 2 də­fə məğ­lub edib, 1 də­fə də bə­ra­bər­lik qey­də alı­nıb. Həm­çi­nin, ba­kı­lı­la­rı məhz ku­bok ya­rış­la­rın­dan da kə­nar­laş­dı­ran ağ­dam­lı­lar­dır. Ko­man­da­lar ara­sın­da in­di­yə­dək ke­çi­ri­lən 49 oyu­nun 19-da Qur­ban Qur­ba­no­vun ye­tir­mə­lə­ri qa­lib gə­lib­sə, 15 matç­da da ba­kı­lı­lar mey­dan­dan 3 xal­la ay­rı­lıb. Qa­lan 15 gö­rüş­də isə bə­ra­bər­lik qey­də alı­nıb. Elə top­la­rın nis­bə­tin­də də əya­lət təm­sil­çi­si­nin üs­tün­lü­yü var –  68:53.

“Qəbələ” özünü qonaq kimi aparmadı

Çem­pi­o­na­tın son 4 tu­run­da qə­lə­bə qa­za­nan “Qə­bə­lə” bu də­fə AZAL-ın qo­na­ğı olub. Am­ma AZAl Are­na­da “Qə­bə­lə” özü­nü heç də qo­naq ki­mi aparmayıb. Hər iki tə­rəf üçün bö­yük önəm kəsb edən matç­da “Qə­bə­lə” oyu­nun ta­le­yi­ni elə bi­rin­ci his­sə­də həll edib. Əv­vəl­cə oyu­nun 24-cü də­qi­qə­sin­də Ca­vid Hü­sey­nov, bu qol­dan iki də­qi­qə son­ra Vik­tor Men­di fərq­lə­nib. Ca­vid Hü­sey­nov isə bi­rin­ci his­sə­nin 40-cı də­qi­qə­sin­də adı­nı yenə tab­lo­ya yaz­dı­rıb. İkin­ci his­sə­nin 86-cı də­qi­qə­sin­də isə Eki­qo Ehi­o­sun son nöq­tə­ni qo­yub: 0:4. Bu­nun­la da Roman Qriqorçukun yetirmələri onlara ha­va-su ki­mi la­zım olan 3 xa­lı qa­za­nıblar. Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi) bu qalibiyyəti belə şərh edib: “Yaxşı nəticə qazandıq. Daha yaxşı futbol sərgiləyə bilərdik. Nəzərə alsaq ki, meydança yaxşı vəziyyətdə deyildi, bu mənada oyunçulara güzəşt edə bilərəm. Növbəti oyunlara hazırlaşmalıyıq”.

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bu oyunda futbolçuların onun ümidlərini doğrulda bilməməsindən şikayətlənib: “Düşünürdüm ki, “Simurq”a məğlubiyyətdən sonra evdə “Qəbələ”ni məğlub edəcəyik. Amma oyunun ilk dəqiqələrindən hiss etdim ki, futbolçular mənim istədiyim kimi oynaya bilmirlər. Rəqib isə yüksək səviyyədə çıxış etdi. Mən rəqibi layiqli qələbə münasibəti ilə təbrik edirəm. “Qəbələ” daha çox qol vura bilərdi. Futbolda qələbə də var, məğlubiyyət də var. Mən futbolçuları günahkar hesab etmirəm. Sadəcə, oyunumuz alınmadı. Bunu analiz edib, nəticə çıxarmalıyıq”.

AZAl-ın bu oyun­da zə­if çı­xış et­mə­si­nin tə­bii ki, mü­əy­yən sə­bəb­lə­ri də var. Be­lə ki, qə­bə­lə­li­lər ötən tur is­ti­ra­hət et­miş­di­lər­sə, “təy­ya­rə­çi­lər” Za­qa­ta­la sə­fə­rin­dən ye­ni­cə qa­yı­tmışdılar. Həm­çi­nin ötən tur sə­fər­də əsas rə­qib­lə­rin­dən olan “Si­murq”a məğ­lub olan kol­lek­ti­vin oyu­na kök­lən­mə­də çə­tin­lik çə­kə­cə­yi­ni də göz­lə­mək olar­dı. Bun­dan əla­və 3 oyun­luq cə­za­lı olan ka­pi­tan Rə­şad Ab­dul­la­ye­vin də yox­lu­ğu şü­və­lan­lı­lar üçün prob­lem ya­ra­dıb. Ma­raq­lı­dır ki, “qır­mı­zı-qa­ra­lar” ca­ri möv­süm­də AZAL-ı məğ­lu­biy­yə­tə uğ­ra­da bil­mə­miş­di­lər. Ke­çi­ri­lən 3 qar­şı­laş­ma­nın 2-də AZAL qə­lə­bə (2:1, 1:0) qa­zan­dı­ğı hal­da, 1 oyun heç-he­çə nə­ti­cə­lən­miş­di. Bu, “Qə­bə­lə”nin “təy­ya­rə­çi­lər”dən re­vanş al­maq üçün ca­ri möv­süm­də­ki son şan­sı idi və bu­na da na­il ol­du.

 

 

“Simurq” bacarmadı

Tu­run da­ha bir ma­raq­la göz­lə­ni­lən qar­şı­laş­ma­sı Za­qa­ta­la­da ke­çi­ri­lib. Ötən tur AZAL üzə­rin­də va­cib qə­lə­bə qa­za­nan “Si­murq” bu də­fə “Neft­çi” ilə üz-üzə gə­lib. Za­qa­ta­la­lı­lar 4-cü pil­lə­də möh­kəm­lən­mək və “Neft­çi” ilə ara­da­kı xal fər­qi­ni azalt­maq niy­yə­tin­də idi. “La­kin “Si­murq” bu­nu ba­car­ma­yıb. Be­lə ki, pay­taxt klu­bu mat­çın 72-ci də­qi­qə­sin­də az­lıq­da qal­sa da, gö­rüş­dən qə­lə­bə ilə ay­rı­lıb – 1:0. “Neft­çi”­yə bu xoş­bəxt­li­yi oyu­nun 81-ci də­qi­qə­sin­də Ka­na­les bəxş edib. Bu­nun­la da “flaq­man” rə­qi­bi­ni 10 xal ge­ri­də qoy­ma­ğa na­il olub. Qeyd edək ki, bu ko­man­da­lar ara­sın­da ca­ri möv­süm­də ke­çi­ri­lən oyun­lar­da bə­ra­bər­lik hökm sü­rüb. Be­lə ki, 1 də­fə “Neft­çi”, 1 də­fə isə “sa­rı-qa­ra­lar” qə­lə­bə qa­za­nıb, di­gər qar­şı­laş­ma­da isə bə­ra­bər­lik qey­də alı­nıb.

Oyundan sonra açıqlama verən “Neftçi”nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının XXVIII turunın “Neftçi” üçün uğurlu alındığını vurğulayıb: “Oyuna çox ciddi hazırlaşmışdıq. Zaqatalaya oyundan iki gün öncə gəlmişdik. Bütün bunlar matça nə qədər ciddi hazırlaşdığımızı göstərir. Hesab edirəm ki, nəzərdə tutduğumuz oyunu nümayiş etdirdik və qələbə qazandıq. Düzdür, ilk hissədə istədiyimiz oyunu göstərə bilmədik. Fasilədə isə dəyişikliklər edib, lazım olan nəticəni qazandıq. Qırmızı vərəqə aldıqdan sonra toparlanmağı bacardıq və qol vurduq”.

George Çixradze (“Simurq”un baş məşqçisi) isə məyusluğunu gizlətməyib: “Oyun barədə nə demək olar? Məğlubiyyətə görə məyusam. Bu gün iki fərqli hissə izlədik. İlk hissədə üstün idik, ikinci hissədə isə zəif təsir bağışladıq. Rəqib adi bir qol vəziyyətindən yararlandı və qələbə qazandı”.

 

“İnter” istəyinə çatdı

Tura “İnter Arena”da keçirilən “İnter”- “Xəzər Lənkəran” qarşılaşması ilə yekun vurulub. Premyer Liqanın 27-ci turunda səfərdə “Qarabağ”la qolsuz sülhə razılaşaraq çempionluq yolunda ağır zərbə almış “İnter” klubu bütün diqqətlərini öz meydanında qonaq edəcəyi “Xəzər Lənəran”la oyuna yönəldə bilmişdi. Şüb­hə­siz, mat­çın fa­vo­ri­ti “bankirlər” – pay­taxt klu­bu­ idi. “İn­ter” nə­fə­si­ni hiss et­di­yi “Neft­çi”nin onu ad­la­ma­sı­na im­kan ver­mə­mək üçün müt­ləq qə­lə­bə qa­zan­ma­lı­ idi və buna nail oldu. Nəticədə o, “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlubiyyətə uğratdı. (Derlis Meza Kolli, 53 (pen.); Vojislav Stankoviç,76;)

Oyunun nəticəsindən məmnun olan Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi) mətbuat konfransında bu qələbənin İnter üçün vacib olduğunu bir daha vurğulayıb: “Xəzər Lənkəran”la oyun bizim üçün vacib idi. Çünki ardıcıl iki oyunda qələbə qazana bilməmişdik. Digər tərəfdən yanaşsaq, bizim heyətlə bağlı problemlərimiz vardı.  Başa düşürəm ki, “Xəzər Lənkəran” gənclərdən qurulub və futbolçular bəzi epizodlarda kobud oynadılar. Komandam bundan sonra kubok matçına yaxşı hazırlaşmalıdır”.

“Sum­qa­yıt” üzə­rin­də­ki əz­mkar qə­lə­bə­dən son­ra cə­nub klu­bun­da əh­val-ru­hiy­yə yük­sək ol­sa da, ko­man­da­nın he­yət­lə bağ­lı prob­lem­lə­ri var idi. Əsa­sı­nı gənc oyun­çu­lar təş­kil edən “Xə­zər Lən­kə­ran”da Sa­dio To­un­ka­ra və Al­fred San­ko cə­za­lı du­ru­ma düş­dük­lə­ri üçün “İn­ter”lə mat­çı bu­ra­xıblar. Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın baş məşqçisi) bu oyunda komandasının özünü göstərə bilməməsini və oyunda çoxlu səhvlər buraxdıqlarını bildirib: “Səhvlərdən sonra qollar vuruldu. Ümid edirəm ki, “Neftçi” ilə ev oyununda bu tip səhvlər etmərik”.

Komandalar arasında cari mövsümdə keçirilən 3 matçın 2-də bakılılar qalib gəlibsə, digər görüşdə də bölgə təmsilçisi meydanı qalib kimi tərk edib.

Qeyd edək ki, XXVI­II tur­da “Sum­qa­yıt” is­ti­ra­hət edib.

Məhəmməd Rəsulov