“Bəzi qadınların dini bilik səviyyəsi çox aşağıdır”

444

“Qurani-Kərim”i diqqətlə oxuyanları dini təsir altına salmaq mümkün olmur. Əfsuslar olsun ki, bu gün bəzi qadınlar “məscid” dedikdə dəfni, “qara paltar” dedikdə din başa düşürlər. Bəzi qadınların dini bilik səviyyəsi çox aşağıdır. Qadın uşaq tərbiyə edir, onun bilik səviyyəsinin yüksəldilməsi cəmiyyətimiz üçün mühümdür. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı “Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, qadınların dini bilik səviyyəsinin yüksəldilməsi üçün qadın sahəsi üzrə məşğul olan qeyri-hökumət təşkilatları DQİDK-ya müraciət edə bilər və bununla da onların fəaliyyəti koordinasiya edilə bilər.

M.Qurbanlı bu məqsədlə layihələrin həyata keçirilməsini də vacib sayıb.

Komitə sədri onu da deyib ki, bundan sonra mollalara imamlar deyə müraciət edilməlidir: “Bundan sonra molla deyilməyəcək. Mollaların hamısı imam adlandırılacaq”.trend