“Bəzi dairələr Azərbaycanın imicini ləkələməyə çalışırlar”

491

“Təəssüf ki, davamlı şəkildə Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə əldə etdiyi uğurları gözdən salmağa çalışan bəzi yerli qruplar və xarici dairələr bu fürsəti də əldən vermək istəmir və l Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən “qara piar” kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar. “Amnesty İnternational” təşkilatının l Avropa Oyunlarını boykot çağırışı, oyunlara hazırlıqla  bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu cəhdlərin bariz nümunələridir”. Bu açıqlama ilə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasıİctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib.

Prezidentin köməkçisinin sözlərinə görə, təsadüfi deyil ki, “Azadlıq” radiosu başda olmaqla bəzi maraqlı qüvvələr sosial şəbəkələrdə guya Azərbaycanda Avropa Oyunları ilə əlaqədar heyvanlarla qəddar davranıldığını əks etdirən video yayır və paylaşırlar: “Halbuki həmin videoda hadisənin məhz Azərbaycanda baş verdiyini təsdiq edən heç bir dəlil yoxdur. Bu da bir daha sübut edir ki, bu kimi “faktları” ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışırlar.

 Ə. Həsənov bu cür təxribatlarla 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi keçiriləndə də yaşandığını bildirib: “Həmin dövrdə beynəlxalq ictimaiyyət əmin oldu ki, bütün bunlar Azərbaycana təzyiq göstərmək, onun müstəqil siyasətinə öz iradəsini qəbul etdirmək istəyən qüvvələrin qurduğu məkrli oyundan başqa bir şey deyil. Əmin olduğumuzu bildiririk ki, Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tipli primitiv, ucuz metodlar heç bir nəticə verməyəcək və nə qədər gec deyil, həmin qüvvələri məkrli niyyətlərindən geri çəkilməyə dəvət edirik”.