Bəxt “Dnepr”in üzünə güldü

0
473

Futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində noyabrın 6-da Azərbaycan çempionu “Qarabağ” və Ukraynanın “Dnepr” komandaları qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun “Dnepr” komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk dəqiqələrində Azərbaycan təmsilçisi rəqib komandanın qapısı ağzında bir neçə təhlükəli vəziyyət yaradıb. Oyunun 11-ci dəqiqəsində isə rəqibin cərimə meydançasında “Qarabağ”ın futbolçusu Almeydanın qarşısını kobudluqla kəsən ukraynalı müdafiəçilərə isə hakim “göz yumub”. Görüşün 15-ci dəqiqəsində “Dnepr”in futbolçusu Nikola Kaliniç hava ötürməsini başla dəqiq yerinə yetirərək komandasını hesabda irəli çıxarıb.
Bundan sonra “Qarabağ” hücumlarının sayını bir qədər də artırıb və hesabı bərabərləşdirməyə nail olub. Görüşün 35-ci dəqiqəsində Reynaldonun driblinqinə kobudluqla mane olan ukraynalıların qapısına cərimə zərbəsi təyin edilib. Bir dəqiqə sonra Leroy Corc zərbəni dəqiqliklə yerinə yetirərək hesabı bərabərləşdirib – 1:1.
Komandalar fasiləyə bu hesabla yollanıblar.
Oyunun ikinci hissəsində üstünlüyü ələ alan “Qarabağ”ın bir neçə dəfə fərqlənmək şansı olub. Sürətli oyun nümayiş etdirən Ağdam təmsilçisi hesabı açmağa yaxın olsa da bəxt “Dnepr”in üzünə gülüb. Qarşılaşmanın 73-cü dəqiqəsində Nikola Kalinic özünün və komandasının ikinci qolunu vuraraq “Dnepr”i hesabda yenidən irəli çıxarıb – 1:2
“Qarabağ”ın qalan vaxt ərzində hesabı bərabərləşdirmək cəhdləri nəticəsiz qalıb.
Beləliklə oyun 1:2 hesabı ilə başa çatıb.
Oyunda “Dnepr”in bir neçə futbolçusu kobud oyuna görə sarı vərəqə ilə cəzalandırılıblar.
Qarşılaşmanı polşalı baş hakim Pavel Gil idarə edib. Ona həmyerliləri Piotr Sadczuk və Marcin Borkovski kömək ediblər. Matçın dördüncü hakimi Konrad Sapela olub.
İki həftə əvvəl Kiyevdə keçirilən qarşılaşmada Qurban Qurbanovun yetirmələri “Dnepr”i minimal (0:1) hesabla məğlub etmişdilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here