Bərdədə Beynəlxalq Kənd Qadınları Günü qeyd edilib

98

 

Bərdə Regional Mədəniyyət İdarəsi, Azərbaycan Kənd Qadınları Assosiasiyası və ABŞ Beynəlxalq İnkişaf Agentliyi özəl sektorun inkişafı layihəsinin dəstəyi ilə Bərdədə Beynəlxalq Kənd Qadınları gününə həsr olunan regional konfrans keçirilib. Konfrans çərçivəsində qadınların istehsal etdiyi kənd təsərrüfatı məhsulları, eləcə də Bərdə rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri Bərdə Dövlət Rəsm Qalereyasında nümayiş olunub.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, regional idarənin əhatə etdiyi rayon və şəhərlərdən olan mədəniyyət işçiləri, beynəlxalq qurumlar və əlaqəli təşkilatların, Tovuz, Goranboy, Ağdam, Beyləqan, Lənkəran, Bərdə və Tərtərdə fəaliyyət göstərən Qadın İnkişaf və Müəssisə Qruplarının üzvləri, eləcə də qadın fermerlərin iştirakı ilə baş tutan konfransda 50-dən çox şəxs iştirak edib.  Konfransda qadınların aqrar sahədə fəaliyyətinin əhəmiyyəti və rolunun artırılması, regionların iqtisadi imkanlarının gücləndirilməsi istiqamətində çıxışlar olunub, fikir mübadiləsi aparılıb.

Esmira Hidayətova, Bərdə