Bərdə şəhərində 4 rayonun media nümayəndələri ilə Bərdə Regional Mədəniyyət idarəsinin rəisi Vəsilə Möhsümova görüş keçirib. Görüşdə bir çox məsələlər müzakirə edilib. Belə ki, tədbir çərçivəsində bir çox muzeylərin qapılarının bağlı olması, medianın Regional Mədəniyyət İdarəsi ilə iş birliyinin qurulması, şəhidlərlə bağlı muzeylərin yaradılması, Rəsm Qalareyasının bərbad vəziyyətdə olması, Mingəçevirdə inşa olunan və ölkədə ilk olan Dövlət Rəmzləri Muzeyinin ziyarətçilərinin üzünə bağlı qalması və digər aktual mövzulara toxunulub.
Vəsilə Möhsümova bildirib ki, Bərdə, Tərtər, Yevlax və Mingəçevir Aran Qarabağ zonası kimi çox mühüm strateji bir məkanda yerləşir: “Bu məkanda əməkdaşlıq platforması çərçivəsində işlər qurulmalıdır. Hesab edirəm ki, bu nöqteyi-nəzərdən keçirilən görüş səmərəli və faydalı görüş olacaq. Ümid edirəm ki, görüşdə təklif olunan fikirlər nəzərə alınacaq və sizinlə yaxşı əməkdaşlıq qura biləcəyik”.
Vəsilə xanım turizmlə bağlı fikirlərini də bildirib. O deyib ki, 4 bölgəni mədəni turizm bölgəsinə çevirilməsi üçün aidiyyəti qurumlarla iş birliyinin qurulmasına önəm veriləcək.
Esmira Hidayətova, Bərdə