“Bədənində 152 tikiş vardı”

297

İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Bu müharibədə rəşadətli Azərbaycan Ordusu İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə işğalçı Ermənistanı döyüş meydanında darmadağın etdi.

Vətənin hər bir qarışı üçün canından-qanından keçən, müharibə alovunda əlini, qolunu, gözünü, ayağını itirən, bədənində mərmi qəlpələri gəzdirən qeyrətli oğullarımız, talelərinə müharibə qisməti düşmüş bu adamlar ömürlərini onlara oğul demiş Vətənin ömrünə calamış, soyuq səngərlərdə bişib-bərkimiş, şərəfli həyat yolu keçdilər.  Müharibə itkisiz olmur, həm də torpaq uğrunda ölən varsa, Vətəndir. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar, şəhadət zirvəsinə ucaldılar. İşağldan azad olunmuş vətən torpaqlarımız şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi bizim üçün. Ölümün gözünə dik baxan şəhidlərimizdən biri də Niyazi İsgəndərovdur. Niyazi Mingəçevir şəhərində iki oğlu və həyat yoldaşı ilə birgə yataqxanada 12 kv metrlik bir otaqda  qalırdı. Bu gün Niyazinin yoxluğu onun ailəsini çox sarsıtsa, da onlar Niyazi ilə fəxr etdiklərini deyirlər. Niyazi Vətən müharibəsində Suqovuşan uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur.

Şəhidin həyat yoldaşı Könül xanım bildirir ki, Vətənin şəhid övladları, bu gün sizin ruhunuz şaddır: ”Çünki hər qarışı üçün şərəflə mübarizə apardığınız, uğrunda canınızdan keçdiyiniz, qanınızla suvardığınız Vətən torpaqları artıq işğaldan azaddır. Bizim də təsəlləmiz budur. Niyazi 2014-cü ildən hərbidədir. 2015-ci ilin avqust ayında, düşmənlə döyüşdə qara ciyəri ciddi zədələnir. Tam sağalmamış 2016-cı ildə aprel döyüşlərinə qatılır. İgidlik göstərir, bir neçə düşməni məhv edir, özü isə ağır qəlpə yarası alır, gözləri belə zədələnir.  Bədənində 152 tikiş yarası vardı. Bədənindəki 40 qəlpədən yarısı çıxarılmışdı. Vətən müharibəsi adlandırdığımız Vətən müharibəsində isə Niyazi dözmür, yenidən, 27 sentyabrda ön cəbhəyə gedərək düşmənə qan uddurur. 30 sentyabrda sinəsindən ağır zərbə alır. Keyləşdirici iynə vuran Niyazi, yaralı-yaralı yenidən  hərbçi dostlarının yanına qayıdır və 11 oktyabrda ŞƏHİDLİK zirvəsinə ucalır.  Mən də bir ana kimi istərdim ki,onun iki oğlu da ataları kimi mərd və qəhrəman böyüsünlər”.

Esmira Hidayətova, Mingəçevir