“AzTV sədrinin çıxarılması barədə sərəncamı alqışlayıram” – Cahangir Məmmədli

499

Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun vəzifəsindən azad edilməsinə dair sərəncamı alqışlayıram”.
alpaninfo.com xəbər verir ki, bunu Sherg.az-a BDU-nun professoru, tanınmış jurnalist Cahangir Məmmədli deyib. Professorun sözlərinə görə, son illər işə daha çox gənc kadrlar cəlb olunur ki, bu da olduqca doğru addımdır:
 “Ona görə ki, gənclər daha enerjili, daha dinamik olur. Yeni texnologiyanı və yeni jurnalistikanın bütün prinsiplərini gənclər daha yaxşı bilir. Azərbaycan Televiziyası ölkə telemühitində çox vacib bir kanaldır. Buranın rəhbəri son dərəcə ciddi bir mütəxəssis olmalı idi. AZTV-də sədr vəzifəsinin icrası jurnalist Rövşən Məmmədliyə tapşırılıb ki, bu da məni sevindirir, məmnun edir. 
Doğrudan da R.Məmmədli savadlı mütəxəssisdir. Onun apardığı verilişləri izləyənlər bilir ki, o, Azərbaycançılıq ideyasını çox mükəmməl şəkildə təbliğ edir. Onu yaxından da tanıyıram və kim olduğunu da bilirəm. R.Məmmədli Azərbaycana və Azərbaycançılıq ideologiyasına çox sadaqətli kadrdır. Bu mənada cənab Prezidentin məlum sərəncamından çox razı qaldım”.
Qeyd edək ki, Prezident İlham Əliyev Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. QSC sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədliyə tapşırılıb. R.Məmmədli indiyə qədər AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı olub.