“Azanın səsi Mingəçevirin hər yerində eşidilmir”

İlk dəfə canlı azanı Peyğəmbərin müəzzini Bilal Həbəşi verib. Canlı azan vermə ordan gəlib çatıb bizə. Bu gün isə bir çox bölgələrdə canlı azan verirlir, həmçinində Mingəçevir kəndində. Azanı canlı səsləndirən Bakı İslam Universitetinin məzunu, ilahiyyatçı Mübariz Kərimovla həmsöhbət olduq. O, bildirdi ki, ilk dəfə 8- 9-cu sinifdə oxuyanda canlı azan verib. Və bu günə kimi  davam edir.

Müsahibimiz sözlərinə görə, əslində azan canlı səslənməlidir: “Azan səsi, Quran səsi insanın ruhuna bir müalicədir. Quran bir şəfadır. Quranı hətta içkisiz toy məclislərində də səsləndirməklə oradakı ab-havanı dəyişdirmək olar. Azan müsəlmanları namaza dəvət etməkdir. Namaz vaxtının girdiyini bildirir ki, artıq namaz girmişdir: Namaza tələsin, Qurtuluşa gəlin.

Azan vermək həm də savab baxımından çox önəmli bir ibadətdir. Peyğəmbərimiz buyurur ki, Qiyamət günü ən uzun boylu olanlar azan verənlər (müəzzinlər) olacaqlar. Azan vermək bu qədər gözəl əməldiR. Bizlərə həmişə azan səsi, Quran eşitmək nəsib olsun. Bu insanın ruhuna bir qidadır, xəstəyə bir şəfadır, yeni nəfəs, yeni gün deməkdir. Demək istəyirəm ki, mədənin qidası yemək olduğu kimi, ruhun da qidası azandır, Qurani-Kərimdir.

İlahiyyatçı deyir ki, əvvəllər mikrofon olmayan vaxtı müəzzinlər məscidin minarəsinə çıxıb oradan camaatı namaza dəvət edərlərmiş: “Mən özüm Mingəçevir kənd məscidindən azanı canlı səsləndirirəm. Mən bunu gün ərzində 5 dəfə edirəm”.

Amma bu gün texnologiyanın inkişafından sonra mikrofonlar və səs gücləndiricilərlə ətrafa səs yayılsın deyə, bu kimi vasitələrdən istifadə edilir. Amma təəssüflər olsun ki, Azanın səsi şəhərin hər yerində eşidilmir. Bunun səbəbini Mübariz Kərimovdan soruşduq. O bildirdi ki, avadanlıqlar köhnə olduğu üçün hələ ki bu ehtiyacımızı ödəyə bilmirik.

Şəhər sakinlərindən Vaqif Əsədullayev, Nizami Kərimov, Məhərrəmov Akif azan səsinin şəhərin bir çox yerlərindən eşidilmədiyindən gileyləndilər. Akif Məhərrəmov deyir ki, Türkiyədə məscidlər çox olduğu üçün hər yerdən azanın səsi eşidilir: “Amma biz şəhərin lap mərkəzi tərəfində olmağımıza baxmayaraq, azanın səsini eşidə bilmirik. Canlı azan eşitmək çox gözəl bir nemətdir. Allah bu neməti bizlərə çox görməsin”.

Esmira Hidayətova