“Azadlıq prospekti” stansiyasının ətrafında “qala” tikirlər

580

Ötən il fevral ayında Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının çıxışında – Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən yarımçıq tikilidə baş verən partlayış yəqin ki, çoxlarının yaddaşındadır.

Partlayış baş verəndən sonra ərazidəki yarımçıq tikilinin dağılmış hissələri daşınmış və səliqə-sahman yaradılmışdı. Partlayış baş verən gündən ötən müddət ərzində ərazidə çox şey dəyişib. Adama elə gəlir ki, partlayış baş verən həmin yarımçıq tikili ərazidə geniş tikinti işləri aparmağa mane olurmuş. Çünki ora söküləndən sonra metronun “Azadlıq prospekti” stansiyasının ətrafı tanınmaz hala gəlib. Belə ki, ərazidə 6-7 mərtəbəli binalar tikilir. Metronun “Azadlıq prospekti” stansiyasının ətrafında “qala” tikirlər Nicat İntiqam

Ötən il fevral ayında Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının çıxışında – Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən yarımçıq tikilidə baş verən partlayış yəqin ki, çoxlarının yaddaşındadır. Partlayış o qədər şiddətli olmuşdu ki, kubiklər (mişar daşları) bir neçə yüz metr ətrafa səpələnmiş, yaxınlıqdakı binaların şüşələri qırılmış, bir neçə nəfər yaralanmış, avtomobillər zərər görmüşdü. Partlayış baş verəndən sonra ərazidəki yarımçıq tikilinin dağılmış hissələri daşınmış və səliqə-sahman yaradılmışdı. Partlayış baş verən gündən ötən müddət ərzində ərazidə çox şey dəyişib. Adama elə gəlir ki, partlayış baş verən həmin yarımçıq tikili ərazidə geniş tikinti işləri aparmağa mane olurmuş. Çünki ora söküləndən sonra metronun “Azadlıq prospekti” stansiyasının ətrafı tanınmaz hala gəlib. Belə ki, ərazidə 6-7 mərtəbəli binalar tikilir.

Yeri gəlmişkən, qeyd edək ki, “Azadlıq prospekti” stansiyasının ətrafı parkdır və əvvəllər burada, demək olar ki, kənar tikililər olmayıb. Ancaq indi burada 4-5 yerdə 6-7 mərtəbəli binalar, sol tərəfdə 5 mərtəbəli ticarət mərkəzi (bazar olacaq), lap yuxarı hissədə isə 3 mərtəbəli naməlum tikili inşa edilir.

Onu da əlavə edək ki, metronun üst hissəsində və yaxınlıqdakı kiçik parkın ərazisində inşa olunan tikililərdə işlər davam etdirildiyindən onların neçə mərtəbəli olacağını indidən demək mümkün deyil. Ərazidə çalışanlardan bu tikililərin gələcəkdə nə olacağını soruşduqda bilmədiklərini söylədilər. Ərazini gəzib-dolaşdıq, ancaq tikinti işlərini hansı şirkətin aparması, neçə mərtəbəli olacağı barədə hər hansı lövhəyə rast gəlmədik.

İstənilən bir mövzunu işıqlandırarkən qarşı tərəfin, bu işə cavabdeh olan qurumların mövqeyini işıqlandırmaq jurnalistlərin peşə borcudur. Odur ki, mövzu ilə əlaqədar suallara cavab almaq məqsədi ilə, əvvəlcə, Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə mudiri Nuridə Allahyarovanın işdə olmadığını bildirdilər. Onun köməkçisi də yerində olmadığından tikinti işləri ilə bağlı ətraflı məlumat ala bilmədik. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq. N. Paşayev bildirdi ki, nəinki “Azadlıq prospekti” stansiyasında, ümumiyyətlə, istənilən metro stansiyasının yaxınlığında inşa olunan tikili hər hansı təhlükə törədərsə, onun qarşısı alınır: “Bu baxımdan “Azadlıq prospekti” stansiyasının üstündə inşa olunan tikili həmin stansiya üçün hər hansı təhlükə yaratmış olsaydı, qarşısı alınardı”. N. Paşayev sözügedən ərazidə inşa olunan tikililərin Bakı Metropoliteninə hər hansı aidiyyəti olmadığını söylədi: “Mən bildiyimə görə, həmin tikililərə razılıq əvvəlki rəhbərliyin dövründə alınıb. Metro stansiyasının ərazisində rəhbərliklə razılaşdırılmadan heç bir tikinti işləri aparıla bilməz. Metroya yaxın ərazidə inşa olunan istənilən tikilinin metro stansiyasına təhlükəsi olmamalıdır. Olarsa, qarşısı vaxtında alınır”.

Çox istəyərdik ki, Binəqədi Rayon İcra Hakimiyyətindən də mövzu ilə bağlı münasibət öyrənək. Neyləyək ki, bizdən asılı olmayan səbəblərdən bu, mümkün olmadı. Mövzuya hər hansı müəllif mövqeyi ortaya qoymadan, şərh vermədən fotoları təqdim edirik.

Nicat İntiqam