“Azad Kəlbəcər” adlı tədbir keçirilib

192

 

Bu gün Mingəçevir Heydər Əliyev Mərkəzində Kəlbəcər şəhərinin işğaldan azad edilməsi münasibəti ilə, “Azad Kəlbəcər” adlı tədbir keçirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Daha sonra  tədbiri giriş sözü ilə açıq elan edən mərkəzin direktor əvəzi Tutu Xanlarova  haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən igidlərimizdən, mübariz oğullarımızın qəhrəmanlıqlarından və 44 gündə  xalqın ön cəbhəyə böyük dəstəyindən qürür hissi ilə söz açıb.

Tədbirdə  44 günlük Vətən Müharibəsinə həsr olunmuş, Emil Xanlarovun, Cənab Prezidentə yazmış olduğu “Xalqın Xidmətçisi-Dəmir Yumruq” adlı kitabından Kəlbəcərə aid şeirlər səsləndirilib. Daha sonra kəlbəcərli şair Sərdar Xankişiyev Ali Baş Komandana həsr etdiyi bir sıra vətənpərvərlik mövzusunda şeirləri ilə çıxışlar edib.

Esmira Hidayətova, Mingəçevir