10 il ərzində (2005-2015-ci illər) Azərbaycanda peşəkar teatrların sayı 30-dan 28-ə düşüb. “yeniavaz” Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, Müstəqil Dövlətlər Birliyinə üzv olan region ölkələrinin heç birində bu cür azalma qeydə alınmayıb. 2005-2015-ci illər ərzində peşəkar teatrlarn sayı Belarusda dəyişməz qalıb. 2005-ci ildə olduğu kimi 2015-ci ildə də Belarusda 28 peşəkar teatr fəaliyyət göstərib. Ermənistanda isə teatrların sayında artım qeydə alınıb. 10 il əvvəl bu ölkədə 25 teatr fəaliyyət göstərdiyi halda 2015-ci ildə bu rəqəm 28 olub. Digət bir MDB ölkəsi Qazaxıstanda da teatrların sayı artıb. 10 il ərzində Qazaxıstanda teatrların sayı 51-dən 64-ə yüksəlib. Qırğızıstanda 2005-2015-ci illərdə 3 yeni teatr fəaliyyətə başlayıb. Belə ki, 2005-ci ildə bu ölkədə 17 teatr olduğu halda 2015-ci ildə onların sayı 20-yə çatıb. Moldovada peşəkar teatrların sayı 14-dən 16-ya, Rusiyada 601-dən 665-ə, Tacikistanda isə 15-də 17-yə yüksəlib.
Son xəbərlər
Sakinlər həm razılıq etdilər, həm də…
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Nəriman Nərimanov küçəsindəki 44 nömrəli binanın sakinləri ilə görüşdü.
Görüşün keçirilməsində məqsəd Nəriman Nərimanov küçəsindəki 44 nömrəli binada start götürən...