“Azərbaycanda ATƏT-in layihə koordinatorluğunun olması vacib deyil”

0
543

Bahar Muradova: “Azərbaycanın insan haqları, təhlükəsizlik və digər sahələrdə keçdiyi inkişaf yolu və əldə etdiyi uğurlar bu ofisin fəaliyyətinə ehtiyac olmadığını göstərir”

“Azərbaycan böyük inkişaf yolu keçərək çox böyük uğurlara imza atıb. Biz hesab edirik ki, artıq ATƏT-in Bakıda layihə koordinatorluğunun olması vacib deyil. Çünki Azərbaycanın insan haqları, təhlükəsizlik və digər sahələrdə keçdiyi inkişaf yolu və əldə etdiyi uğurlar bu ofisin fəaliyyətinə ehtiyac olmadığını göstərir”. Bunu Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Sədr müavini Bahar Muradova son günlər ATƏT və Azərbaycan münasibətlərində yaranan gərginliyə münasibət bildirərkən deyib.

B. Muradova hesab edir ki, üzv ölkə olaraq, Azərbaycanın mövqeyi bu məsələdə nəzərə alınmalıdır: “Layihə koordinatorluğunun fəaliyyət göstərməsi elə Azərbaycan tərəfindən qaldırılmışdı. Üzv ölkələr bu təklifi qəbul etdilər. İndi də Azərbaycan həmin üzv ölkələrə təklif edib ki, ofisin fəaliyyəti dayandırılsın”.

B. Muradova onu da deyib ki, ofisin bağlanması Azərbaycanın qurumla münasibətində heç bir soyuqluq yaratmayacaq: “ATƏT-in ofisinin burada mövcudluğu Qarabağ məsələsinin həllinə təsir göstərsəydi, onda məsələ bu günə qədər həll edilmiş olardı. Bir üzv dövlətin digər üzv dövlətin ərazisini işğal etməsi ATƏT-in təməl prinsiplərinə ziddir. Bu günə qədər bir irəliləyiş baş verməyibsə, burada onların ofisinin bağlanması da ciddi dəyişikliyə səbəb olmayacaq. O ki qaldı ATƏT-lə olan əməkdaşlığa, biz buna son qoymuruq”.

B. Muradova onu da əlavə edib ki Avropanın ayrı-ayrı ölkələri ilə ikitərəfli münasibətlərimizdə müəyyən mövqe fərqləri istisna olmaqla, həll edilməyən problem yoxdur: “Amma çox təəssüf ki, ən müxtəlif maraqlara, dairələrə və qüvvələrə xidmət edən, bağlı olan ayrı-ayrı şəxslər öz ölkələrində istədiklərini edə bilməyəndə beynəlxalq təşkilatlarda bir araya gələrək, ayrı-ayrı ölkələrə qarşı hədəflərini reallaşdırmaq istəyirlər”. Milli Məclisin Sədr müavini qeyd edib ki, Avropa Oyunları ərəfəsində insanlar, xalqlar, dövlətlər arasında sülhə, əmin-amanlığa, təhlükəsizliyə, mədəniyyətlərdən qarşılıqlı bəhrələnməyə şərait yaradan belə tədbirlərdən yararlanmağı bir kənara qoyaraq, bunu siyasiləşdirməyə cəhd göstərənlər var: “Avropa Parlamentində növbəti bu kimi cəhdin şahidi olduq. Biz buna çox təəssüf edirik. Bu və ya digər siyasi hədəflərinə çatmaq üçün Avropa Oyunlarından siyasi alət kimi istifadə edirlər ki, bu, qətiyyən yolverilməzdir. Azərbaycan idman ölkəsi kimi dünyada tanınır”.

“Azərbaycan böyük inkişaf yolu keçərək çox böyük uğurlara imza atıb. Biz hesab edirik ki, artıq ATƏT-in Bakıda layihə koordinatorluğunun olması vacib deyil. Çünki Azərbaycanın insan haqları, təhlükəsizlik və digər sahələrdə keçdiyi inkişaf yolu və əldə etdiyi uğurlar bu ofisin fəaliyyətinə ehtiyac olmadığını göstərir”. Bunu Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova son günlər ATƏT və Azərbaycan münasibətlərində yaranan gərginliyə münasibət bildirərkən deyib.

B. Muradova hesab edir ki, üzv ölkə olaraq, Azərbaycanın mövqeyi bu məsələdə nəzərə alınmalıdır: “Düzdür, bəzi üzv dövlətlər özlərində ATƏT-in ofisinin olmadığı, qurumun müşahidə missiyasını ölkələrinə buraxmadığı, ATƏT-in tövsiyələrinə əməl etmədiyi halda hesab edir ki, Azərbaycan 57 üzv ölkənin qərarını nəzərə alaraq, ofisin fəaliyyətini bərpa etməlidir. Bizim fikrimizcə isə bu yanaşma doğru deyil. Bu qərarın, yəni layihə koordinatorluğunun fəaliyyət göstərməsi də elə Azərbaycan tərəfindən qaldırılmışdı. Üzv ölkələr bu təklifi qəbul etdi. İndi də Azərbaycan həmin üzv ölkələrə təklif edib ki, ofisin fəaliyyəti dayandırılsın. Onlar bu barədə qərar verəcək. Təbii ki, bizim təklifimiz nəzərə alınmalıdır”.

B. Muradova onu da deyib ki, ofisin bağlanması Azərbaycanın qurumla münasibətində heç bir soyuqluq yaratmayacaq: “ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə vasitəçi olmasına və ofisin bağlanmasının bu proseslərə təsirinə gəlincə, ATƏT-in bu münaqişənin həllində rolu onsuz da bizə bəllidir. Onların mövqeyi tərəfimizdən zaman-zaman çox ciddi tənqid olunub. Ofisin burada mövcudluğu Qarabağ məsələsinin həllinə təsir göstərsəydi, onda məsələ bu günə qədər həll edilmiş olardı. Bir üzv dövlətin digər üzv dövlətin ərazisini işğal etməsi ATƏT-in təməl prinsiplərinə ziddir. Bu günə qədər bir irəliləyiş baş verməyibsə, burada onların ofisinin bağlanması da ciddi dəyişikliyə səbəb olmayacaq. O ki qaldı ATƏT-lə olan əməkdaşlığa, biz buna son qoymuruq. Biz ofisin fəaliyyətinin məqsədə uyğun, bu gün Azərbaycana lazım olmadığını əsaslandırırıq. Amma ATƏT-in Vyana ofisi ilə əməkdaşlığı davam etdiririk. Bizim orada nümayəndəmiz var, ən vacibi ATƏT PA-nın üzvüyük. Sadəcə layihə koordinatorluğuna ehtiyac yoxdur. Çünki bu layihələri artıq Azərbaycan müstəqil şəkildə həyata keçirə bilir”.

“Avropa Parlamentinin missiyasından öz maraqları üçün istifadə edənlər var”

“Avropanın ayrı-ayrı ölkələri ilə ikitərəfli münasibətlərimizdə müəyyən mövqe fərqləri istisna olmaqla, həll edilməyən problem yoxdur. Amma çox təəssüf ki, ən müxtəlif maraqlara, dairələrə və qüvvələrə xidmət edən, bağlı olan ayrı-ayrı şəxslər öz ölkələrində istədiklərini edə bilməyəndə beynəlxalq təşkilatlarda bir araya gələrək ayrı-ayrı ölkələrə qarşı hədəflərini reallaşdırmaq istəyirlər”. Bu sözləri Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova iyunun 8-də Avropa Parlamentinin vitse-prezidenti və Avropa Yaşıllar Partiyasının üzvü Ulrike Lunaçek və bir sıra avropalı parlamentarların qurumun sessiyasının açılış iclasına Azərbaycanda həbs edilmiş hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılmalarına münasibət bildirərkən deyib. O bildirib ki, U. Lunaçek və ətrafı da bu qəbildən olan şəxslərdir: “Eyni zamanda onların bu çağırışlarını bütövlükdə Avropa Parlamentində təmsil olunan ölkələrin və şəxslərin hamısının mövqeyi hesab etmək olmaz. Bu, bir qrup insanın mövqeyidir ki, bunlar Avropa Parlamentində əvvəldən də bizə çox yaxşı tanışdırlar”.

B. Muradovanın sözlərinə görə, Avropa Parlamentinin missiyasından özlərinin maraqları üçün istifadə edən qruplar var ki, Lunaçek də onların ən fəalıdır: “Onun Azərbaycana münasibəti yalnız bizim ölkədə “insan haqları”nı qorumaq hədəfinə söykənmir. Onun ermənipərəst qüvvələrə, dairələrə bağlılığı artıq sirr deyil. Bundan əvvəl də onun Azərbaycana və Türkiyəyə qarşı erməni layihələrinə dəstək verməsi ilə bağlı konkret faktlar var”.

Milli Məclisin sədr müavini qeyd edib ki, Avropa Oyunları ərəfəsində insanlar, xalqlar, dövlətlər arasında sülhə, əmin-amanlığa, təhlükəsizliyə, mədəniyyətlərdən qarşılıqlı bəhrələnməyə şərait yaradan belə tədbirlərdən yararlanmağı bir kənara qoyaraq bunu siyasiləşdirməyə cəhdi göstərənlər var: “Avropa Parlamentində növbəti bu kimi cəhdin şahidi olduq. Biz buna çox təəssüf edirik. Bu və ya digər siyasi hədəflərinə çatmaq üçün Avropa Oyunlarından siyasi alət kimi istifadə edirlər ki, bu, qətiyyən yolverilməzdir. Azərbaycan idman ölkəsi kimi dünyada tanınır. Avropanın çox ciddi maliyyə böhranı keçirdiyi bir zamanda Avropanın tarixində çox əhəmiyyətli yer tuta biləcək oyunların keçirilməsini bu günə qədər inkişaf etmiş çox populyar Avropa ölkələri üzərinə götürmədiyi halda, Azərbaycan qısa müddət bu ağır yükün altına girib Qərb üçün əhəmiyyətli olan bir platformanın yaranmasına öz töhfəsini verirsə, onlar bunu layiqincə qiymətləndirməlidir. Əgər onlar bunu belə qiymətləndirmirsə, tarix buna öz qiymətini verəcək”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here