Bakı-2015 I Avropa Oyunlarının V günündə 21 dəst medalın sahibi müəyyənləşib. Bu gün hesabına 3 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 19-a çatıb.
8 qızıl, 3 gümüş və 8 bürüncü olan yığmamız həm qeyri-rəsmi komanda hesabında, həm də ümumi medal sayında 2-ci pillədə qərarlaşıb.
Medal sıralamasında lider Rusiyadı. Yarışın 4-cü günündə zirvəni ələ keçirən şimal qonşularımızın hesabında 22 mükafat var. Bunların 12-si qızıl, 5-i gümüş, 5-i bürüncdü.
Hesabında 7 qızıl, 1 gümüş və 5 bürünc olan Macarıstan millisi 3-cü pilləyə yüksəlib. Belarus, Almaniya və Türkiyə yığmaları da ilk “altılıq”da qərarlaşıb.
Qeyd edək ki, Bakı-2015-in ilk 5 günündə ümumilikdə 199 – 60 qızıl, 60 gümüş, 79 bürünc medal oynanılıb. 36 ölkə təmsilçisi medal qazanıb ki, onlardan 17-si çempionluq sevinci yaşayıb.
Yer | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
1 | Rusiya | 12 | 5 | 5 | 22 |
2 | Azərbaycan | 8 | 3 | 8 | 19 |
3 | Macarıstan | 7 | 1 | 5 | 13 |
4 | Belarus | 5 | 1 | 7 | 13 |
5 | Almaniya | 4 | 5 | 6 | 15 |
6 | Türkiyə | 4 | 2 | 8 | 14 |
7 | İspaniya | 3 | 4 | 1 | 8 |
8 | İsveçrə | 3 | 3 | 1 | 7 |
9 | Serbiya | 3 | 3 | 0 | 6 |
10 | Fransa | 2 | 3 | 4 | 9 |
11 | Portuqaliya | 2 | 3 | 0 | 5 |
12 | Böyük Britaniya | 2 | 1 | 1 | 4 |
13 | Ukrayna | 1 | 5 | 5 | 11 |
14 | Polşa | 1 | 2 | 4 | 7 |
15 | Xorvatiya | 1 | 1 | 4 | 6 |
16 | İsveç | 1 | 1 | 1 | 3 |
17 | Litva | 1 | 0 | 0 | 1 |
18 | Avstriya | 0 | 4 | 2 | 6 |
19 | İtaliya | 0 | 4 | 0 | 4 |
20 | Hollandiya | 0 | 2 | 1 | 3 |
21 | Bolqarıstan | 0 | 1 | 3 | 4 |
22 | Çexiya | 0 | 1 | 2 | 3 |
23 | İsrail | 0 | 1 | 1 | 2 |
24-27 | Ermənistan | 0 | 1 | 0 | 1 |
Yunanıstan | 0 | 1 | 0 | 1 | |
Rumıniya | 0 | 1 | 0 | 1 | |
San-Marino | 0 | 1 | 0 | 1 | |
28 | Makedoniya | 0 | 0 | 2 | 2 |
29-36 | Belçika | 0 | 0 | 1 | 1 |
Danimarka | 0 | 0 | 1 | 1 | |
Estoniya | 0 | 0 | 1 | 1 | |
Latviya | 0 | 0 | 1 | 1 | |
Moldova | 0 | 0 | 1 | 1 | |
Monteneqro | 0 | 0 | 1 | 1 | |
Norveç | 0 | 0 | 1 | 1 | |
Slovakiya | 0 | 0 | 1 | 1 |