Azərbaycan yığması Kipr millisini məğlub edib

0
152

Sentyabrın 8-də futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə ilk qələbəsini qazanıb.

Millimiz Nikosiyadakı GSP stadionunda Kipr yığmasının qonağı olub.

Azərbaycan millisinin start heyətində meydana Emil Balayev, Bəhlul Mustafazadə, Maksim Medvedev, Abbas Hüseynov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Qara Qarayev, Elvin Camalov, Təmkin Xəlilzadə, Rəhim Sadıxov və Ramil Şeydayev çıxıblar.

Kipr komandasının ilk onbirliyində isə Haralambos Kiriakidis, Andreas Karo, Valentinos Sielis, Haralambos Kiryaku, Dimitris Xristofi, Pyeros Sotiriu, İoannis Kusulos, Kostas Laifis, Qriqoris Kastanos, Marinos Tsionis və İoannis Pittas yer alıblar.

Slovakiyalı hakimlər briqadasının idarə etdiyi oyuna Azərbaycan millisi fəal başlayıb. Dəfələrlə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaradan millimiz matçın 29-cu dəqiqəsində istəyinə çatıb. Belə ki, millimizin üzvü Maksim Medvedev hesabı açıb. Matçın sonunadək komandalar cəhd etsələr də, hesab dəyişməyib.

Beləliklə, Azərbaycan millisi Kipr yığmasını 1:0 hesabı ilə məğlub edib.

Millimizin yer aldığı qrupun digər oyununda isə Monteneqro millisi Lüksemburqa qalib gəlib -1:0.

Hesabında 6 xal olan Monteneqro millisi qrupun lideridir. Lüksemburq və Azərbaycan millisi 3 xalla 2-3-cü pillədə yer alıblar. Xal qazana bilməyən Kipr isə sonuncudur.