Azərbaycan yığması erməniləri 18 top fərqi ilə məğlub edib

476

Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, qrup mərhələsində uğursuz çıxış edən Azərbaycan yığması 9-16-cı yerlər uğrunda ilk matçda Ermənistan millisi ilə üz-üzə gəliblər. Hikmət Abdullayevin yetirmələri rəqiblərini meydana çıxmağa peşman ediblər. İlk hissəni 14 top irəlidə bitirən Azərbaycan yığması yekunda erməniləri 18 top fərqi ilə məğlub edib – 39:21 (21:7). Bu qələbə komandamızın uğursuzluğunu sığortalamaqla yanaşı, “onluğ”a daxil olmaq üçün də şans yaradıb. Təmsilçimiz növbəti matçında İrlandiya ilə oynayacaq. Görüş sabah keçiriləcək.