Azərbaycan təmsilçisi səhnəyə 24-cü çıxaraq

585

“Eurovision 2015” mahnı müsabiqəsinin final mərhələsi başlayır

Avstriyanın Vyana şəhərindəki “Wiener Stadthalle” arenada “Eurovision 2015” mahnı müsabiqəsinin final şousu başlayıb. Final mərhələsində 27 ölkə təmsilçisi iştirak edir.

Azərbaycan təmsilçisi Elnur Hüseynov səhnəyə 24-cü çıxaraq “Hour of the Wolf” mahnısını səsləndirəcək.

İştirakçıların səhnəyə aşağıdakı ardıcıllıqla çıxaraq öz səhnə perfomanslarını nümayiş etdirəcək:
1. Sloveniya, 2. Fransa, 3. İsrail, 4. Estoniya, 5. Böyük Britaniya, 6. Ermənistan, 7. Litva, 8. Serbiya, 9. Norveç, 10. İsveç, 11. Kipr, 12. Avstraliya, 13. Belçika, 14. Avstriya, 15. Yunanıstan, 16. Monteneqro, 17. Almaniya, 18. Polşa, 19. Latviya, 20. Rumıniya, 21. İspaniya, 22. Macarıstan, 23. Gürcüstan, 24. Azərbaycan, 25. Rusiya, 26. Albaniya, 27. İtaliya.

Qeyd edək ki, Avstriya, Almaniya, Fransa, Böyük Britaniya, İspaniya, İtaliya və Avstraliya finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələrdir (Avstraliya təmsilçisi “Eurovision” mahnı müsabiqəsinin 60 illik yubileyi münasibəti ilə fəxri qonaq qismində çıxış edib).