Azərbaycan, Rusiya və İran prezidentlərinin sammiti keçiriləcək

0
422

Bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda sammiti keçiriləcək. Artıq İran prezidenti Həsən Ruhani ötən gündən Azərbaycanda səfərdədir.

Rusiya prezidenti Vladimir Putinin bu gün Azərbaycana gəlməsi gözlənilir.

Görüşdə əsasən “Şimal-Cənub” dəmiryol xəttinin inşası ilə bağlı müzakirələr aparılacaq. Prezidentlər Suriya, Əfqanıstan, terrorçuluq və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlərə də toxunacaqlar.

Sammitin sonunda bəyannamənin imzalanması gözlənilir.