Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə start veriləcək

52

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə start veriləcək. Çempionatda 8 komanda – “Neftçi”, “Qarabağ”, “Sumqayıt”, “Zirə”, “Sabah”, “Keşlə”, “Qəbələ” və “Səbail” mübarizə aparacaq.

Otuzuncu mövsümün ilk turu 2 oyunla başlayacaq. Günün ilk matçında “Sabah” “Bank Respublika Arena”da “Səbail”lə qarşılaşacaq. Start fiti saat 18:30-da veriləcək görüşü Rəşad Əhmədov idarə edəcək.

Günün son oyununda Azərbaycan kubokunun son finalçıları – “Keşlə” və “Sumqayıt” üz-üzə gələcək. “ASK Arena”dakı matçın baş hakimi Kamal Umudlu olacaq. Oyun saat 20:30-da start götürəcək.

Qeyd edək ki, tura avqustun 15-də oynanılacaq “Zirə” – “Qarabağ” və “Neftçi” – “Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.