Azərbaycan Premyer Liqasında XXV tura start verilir

53

Bu gün Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

İlk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Şamaxıda olacaq. Şəhərin eyniadlı komandası “Səbail”i qəbul edəcək.

Günün ikinci qarşılaşmasında lider “Qarabağ” “Sabah”ı qəbul edəcək. 58 xala malik olan “köhlən atlar”a çempionluğu rəsmiləşdirmək üçün heç-heçə də kifayət edəcək. 35 xalla “Qəbələ” ilə birlikdə 4-5-ci yerləri bölüşdürən qonaqlar isə avrokubok iddiasını davam etdirmək niyyətindədir.

Qeyd edək ki, tura mayın 4-də keçiriləcək “Zirə” – “Qəbələ” və “Sumqayıt” – “Neftçi” oyunları ilə yekun vurulacaq.