Azərbaycan Premyer Liqasında XXIV turun oyunlarına start verilir

70

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunlarına start verilir. Turun bütün matçları bu gün baş tutacaq.

Günün ilk matçında 55 xalla lider olan “Qarabağ” 35 xalla 4-cü sıradakı “Qəbələ”nin qonağı olacaq. “Köhlən atlar” qələbə qazansa, ölkə çempionluğunu vaxtından əvvəl rəsmiləşdirə bilər. Bunun üçün “Neftçi”nin “Səbail” səfərində xal itirməlidir.

Günün ikinci matçında avrokuboklara iddialı “Sabah” “Şamaxı”nı qəbul edəcək. Paytaxt klubu 32 xalla 5-ci, əyalət təmsilçisi 20 xalla 6-cıdır. Avrokuboklara digər iddialı komanda “Zirə” “Sumqayıt”la üz-üzə gələcək. “Qartallar” 39 xalla 3-cü, meydan sahibləri 15 xalla 7-ci pillədədir.

Bu tur “Neftçi” avrokuboklara vəsiqəni təmin edə bilər. “Ağ-qaralar” “Səbail”i məğlub edəcəyi təqdirdə istəyinə çatacaq. Son ölkə çempionu 44 xalla ikinci, “dənizçilər” 14 xalla sonuncu – 8-ci yerdədir.