Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub

63

Aprelin 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.

Turun son iki oyununda “Neftçi” səfərdə “Səbail”lə, “Zirə” isə “Sumqayıt”la qarşılaşıb. Hər iki görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“ASCO Arena”dakı görüşdə “Ağ-qaralar”ın yeganə qolunu 71-ci dəqiqədə Tiaqo Bezerra vurub.

Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran Samir Abasovun yetirrmələri həm 2-ci pillədəki mövqelərini möhkəmləndirib, həm də sona 4 tur qalmış avrokuboklara vəsiqəni təmin edib. “Dənizçilər” 14 xalla sonuncu – 8-ci sırada qalıblar.

Sumqayıtdakı “Kapital Bank Arena”da oynanılan görüşdəki qolun müəllifi isə Davit Volkov olub. Gürcüstanlı hücumçu matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə fərqlənib. Bu qələbədən sonra “Zirə” 42 xalla 3-cü, “Gənclik şəhəri”nin təmsilçisi isə 15 xalla 7-cidir.

Qeyd edək ki, turun açılış matçında “Qarabağ” Qəbələdə eyniadlı komandaya 2:0 hesablı qələbə ilə qalib gəlib. Digər matçda isə “Sabah” “Şamaxı”nı darmadağın edib – 5:1.

N Klublar O Q H M T-F X
1 Qarabağ 23 18 4 1 59-11 58
2 Neftçi 24 14 5 5 39-25 47
3 Zirə 24 12 6 6 32-24 42
4 Sabah 24 11 2 11 36-30 35
5 Qəbələ 24 9 8 7 32-33 35
6 Şamaxı 24 5 5 14 25-46 20
7 Sumqayıt 23 3 6 14 13-37 15
8 Səbail 24 4 2 18 17-47 14

 

Bombardirlər:
Coy-Lens Mikels (“Sabah”) – 11 qol
Davit Volkov (“Zirə”) – 11 qol
Vadji İbrahima (“Qarabağ”) – 10 qol
Filip Ozobiç (“Qarabağ”) – 10 qol
Tiaqo Bezerra (“Neftçi”) – 8 qol
Abdullah Zubir (“Qarabağ”) – 8 qol
Kadi Borqes (“Qarabağ”) – 8 qol
Musa Qurbanlı (“Qarabağ”) – 7 qol
İsnik Alimi (“Qəbələ”) – 7 qol