Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək. “apasport”un məlumatına görə, tur Gəncədə başlayacaq.
Çempionatın autsayderi “Kəpəz” “Qəbələ”ni qəbul edəcək. Görüş Yunis Hüseynovun Gəncə təmsilçisinin baş məşqçisi postunda debütü ilə əlamətdar olacaq. Şahin Diniyevin istefasından sonra ilk qarşılaşmasına çıxacaq qərblilər yeni çalışdırıcı ilə xal qazanmaq üçün mübarizə aparacaq. Son pilləni tərk etməyə iddialı olan meydan sahibləri səfərdə qalib gəldiyi rəqibi yenə büdrətmək əzmindədi.
“Qəbələ” isə həmin məğlubiyyətin əvəzini çıxmalıdı. Çünki “qırmızı-qaralar” xal itirsə, liderlərdən uzaq düşəcək. Bu, həm də qış çempionunun adını rəsmiləşməsi üçün yetərli ola bilər. “Qəbələ” xal itirsə, “Qarabağ” qələbə ilə qış fasiləsinə lider kimi yollanacaq.
Son turların uğursuzları paytaxt derbisində üz-üzə gələcək. “Neftçi” və “Keşlə” uğursuzluq zolağından qurtulmaq üçün 8-ci km qəsəbə stadionuna çıxacaq. “Ağ-qaralar” ardıcıl 2 məğlubiyyətdən sonra durumunu yaxşılaşdırmaq, 5-ci pilləni itirmək təhlükəsindən uzaqlaşmaq üçün qalib gəlməlidi. Tərlan Əhmədovun yetirmələri 3 xal qazanmasa, ya mövqeyini əldən verəcək, ya da 4-cü pillədən daha uzaq düşəcək.
“Keşlə” isə 6 matçlıq məğlubiyyət antirekordunu qırsa, Ramiz Məmmədovla ilk xalını qazanacaq. Son sıralarda qərarlaşan komanda “Kəpəz”dən uzaqlaşmaq, zirzəmiyə yuvarlanmamaq üçün qalib gəlməlidi.
Azərbaycan Premyer Liqası
XIII tur
25 noyabr (şənbə)
14:30. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu
17:00. “Neftçi” – “Keşlə”
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Ramil Diniyev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
8-ci km qəsəbə stadionu
Turnir cədvəli
1. | Qarabağ |
11 |
9 |
1 |
1 |
19-4 |
28 |
2. | Zirə |
12 |
8 |
3 |
1 |
20-8 |
27 |
3. | Qəbələ |
12 |
8 |
1 |
3 |
19-13 |
25 |
4. | Sumqayıt |
12 |
5 |
1 |
6 |
14-17 |
16 |
5. | Neftçi |
12 |
4 |
1 |
7 |
14-14 |
13 |
6 | Səbail |
11 |
4 |
0 |
7 |
9-18 |
12 |
7. | Keşlə |
12 |
2 |
2 |
8 |
8-19 |
8 |
8. | Kəpəz |
12 |
2 |
1 |
9 |
9-20 |
7 |
Bombardir: Baqali Dabo (“Qəbələ”) – 6.