Azərbaycan Premyer Liqasında 2017/18 mövsümü start götürür

Bu gün Azərbaycan Premyer Liqasında 2017/18 mövsümü start götürəcək. Mövsümün açılış oyununda ölkənin iki ən titullu komandası qarşılaşacaq.

 

Premyer Liqadakı 103 günlük sükut FİFA referisi Əliyar Ağayevin start fiti ilə pozulacaq. 8-ci km qəsəbə stadionunda keçiriləcək görüşdə “Neftçi” və “Qarabağ” komandaları üz-üzə gələcək. Əvvəlki bütün çempionatlarda iştirak edən komandaların növbəti dueli, budəfəki Azərbaycan derbisi də maraqla gözlənilir.

 

Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparacaq “Qarabağ” Premyer Liqanın yeni mövsümünə ardıcıl 5-ci, ümumilikdə 6-cı çempionluq iddiası ilə başlayacaq. “Neftçi” isə son illərdəki uğursuzluğunu unutdurmaq niyyətindədir.

 

 

Azərbaycan Premyer Liqası

I tur

11 avqust (cümə)

21:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
8-ci km qəsəbə stadionu