Azərbaycan neftinin son qiyməti

0
1330

Dünya bazarında Azərbaycanda hasil olunan “Azeri Light” (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün – 7 may tarixində 0,2% və ya 0,07 dollar ucuzlaşaraq 29,47 dollar olub.
Dünən “Azeri Light” markalı neft 22,5% və ya 5,4 dollar bahalanaraq 29,54 dollar olmuşdu.
Onu da bildirək ki, “Azeri Light” markalı  neftinin qiyməti bu ilin aprel ayının 22-də tarixi ərzində ən aşağı səviyyəyə düşərək 1 barelinin qiyməti 15,8 dollar olub. “Azeri Light” markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel “Azeri Light” markalı neftin qiyməti 149,66 dollar olub.
Bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyul müqaviləsinin dəyəri 0,7% ucuzlaşaraq hazırda 1 barelə görə 29,5 dollar təşkil edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin dəyəri isə bu gün 1,1% ucuzlaşaraq hazırda 1 barelə görə 23,7 dollar olub.