“Azərbaycan düşüncə tarixi” Türkiyədə

89

Bu günlərdə Türkiyədə “Azərbaycan düşüncə tarixi: mərhələlər, hadisələr və şəxsiyyətlər (XIX əsrin ortaları XX əsrin əvvəlləri” adlı ikicildlik toplu-kitab nəşr olunub. Bu qiymətli kitabda Türkiyənin Karabük Universitetinin professoru Ələskər Ramazan oğlu Ələskərlinin (Ali Asker) də araşdırmaları əsasında yazılmış  məqalələr yer alıb.

Qeyd edək ki, 3 ilə ərsəyə gəlmiş bu kitabda Mirzə Fətəli Axundzadə, Həsən Bəy Zərdabi, Hacı Zeynəlabidin Tağıyev, Məhəmmədə Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Mirzəbala Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Əhməd Cavad, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Cəfər Cabbarlı, Hüseyn Cavid kimi şəxsiyyətlərin düşüncə dünyaları, tarixi xidmətləri daha maraqlı detallarla oxuculara çatdırılır.

Qeyd edək ki, bu kitaba ön söz Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tərəfindən yazılıb.