Azərbaycan Cüdo Federasiyasının prezidenti Quba cüdoçuları ilə görüşüb

39

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Quba şəhərində rayonu təmsil edən məşqçilər və cüdoçularla görüşüb.

Federasiyanın mətbuat xidmətindən bildiriblər ki, görüşdə Qubada 330 nəfərə yaxın gənc və yeniyetmənin cüdo ilə məşğul olduğu vurğulanıb. Federasiya prezidenti bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olub və maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib, məşqçi-müəllimlərin uşaq və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini bildirib.

Rəşad Nəbiyev qeyd edib ki, Azərbaycan Cüdo Federasiyasının əsas məqsədlərindən biri cüdonu daha da kütləviləşdirməklə uşaq, yeniyetmə və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstək göstərməkdir.