“Ayaks” “Real”ı darmadağın etdi

399

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab qarşılaşmalarına start verilib. MAərhələnin gözlənilməz hesabı “Santyaqo Bernabeu” stadionunda qeydə alınıb. İspaniyanın “Real Madrid” klubu doğma azarkeşlər önündə Hollandiyanın “Ayaks” komandasını qəbul edib. Öz meydanında 2:1 hesabı ilə məğlub olan hollandiyalılar ilk dəqiqlərdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 7-ci dəqiqəsində “Ayaks” hesabı açıb. Həkim Zireç Dusan Tadiçin ötürməsini dəqiq zərbə ilə dəyərləndirib – 0:1. Qoldan 11 dəqiqə sonra hollandiyalılar David Neresin sayəsində hesab arasındaki fərqi iki topa çatdırıb – 0:2. Fasiləyə qədər Madrid təmsilçisinin səylərinə baxmayaraq hesab dəyişməyib.

Matçın ikinci hissəsində əks hücumlara bel bağlayan “Ayaks” üçüncü qolu vurmağa nail olub. Dusan Tadiç uzaq doqquzluğu dəqiq nişan alaraq adını tabloya yazdırıb – 0:3.

Matçın 70-ci dəqiqəsində hücumların kəsərin artıran “Real Madrid” qollardan birinin əvəzini çıxıb. Marko Asensio uzaq məsafədən baxımlı qola imza atıb – 1:3.

Bu da oyunda son qol olmayıb. Oyunda son nöqtəni Lasse Şöne qoyub. Danimarkalı yarımmüdafiəçisi cərimə zərbəsində birbaşa qapıya dəqiq zərbə vurub – 1:4. Qarşılaşmanın 90-ci dəqiqəsində “Real Madrid” klubunun müdafiəçisi Naço Fernandez qırmızı vərəqə alaraq meydandan qovulub.

Qalan dəqiqələrdə qapısını toxunulmaz saxlayaraq Amsterdam təmsilçisi hesabı qoruyub saxlayıb. Beləliklə, iki oyunun nəticəsinə əsasən (5:3) “Ayaks” növbəti mərhələyə vəsiqə qazanıb.

Mərhələnin birinci günün digər oyunu Almaniyanın “Signal İduna Park” stadionunda baş tutub. İngiltərənin “Tottemhem” klubu səfərdə “Borussiya Dortmund” komandasının qonağı olub. Görüş ingilislərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, İngiltərədə oynanılan ilk görüşdə “Tottemhem” böyük hesabla qələbə qazanmışdı – 3:0. Hər iki oyunun nəticəsinə əsasən “Tottemhem” dörddəbir finala vəsiqə qazanıb.