“Ay-ulduzlu and yerim!” layihəsinə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi X qrant müsabiqəsinin qalibi Turqut Əlibəylinin “Ay ulduzlu and yerim” adlı layihə çərçivəsində ilk təlim keçirilib.

Təlimi giriş sözü ilə açan layihə rəhbəri Turqut Əlibəyli gəncləri salamlayaraq onlara layihə və layihənin donoru olan Gənclər Fondu haqqında məlumat verib.

 

Layihənin təlimçisi Samrin Xanlayev bildirib ki, layihənin əsas məqsədi  gənclərin vətənpərvərlik və milli maarifləndirmə sahəsində gənclərin biliklərinin artırılmasıdır. Keçiriləcək təlimlər zamanı Azərbaycanın malik olduğu zəngin qəhrəmanlıq tarixi, milli-mənəvi dəyərlərin qorunmasında məsuliyyətin artırılması, həmçinin vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsində əsas məqsədlər və bu kimi digər mövzular müzakirə olunacaqdır.

Layihə çərçivəsində 3 günlük təlimlərin keçirilməsi nəzərdə tutulub.

Esmira Hidayətova,Mingəçevir.