Avropalı qonaqlar Göyçayda peşə təhsilinin inkişafı ilə bağlı görülən işlərlə tanış olublar

547
????????????????????????????????????

Göyçayda “Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər.

“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyətinin (GİZ) dəstəyi ilə “Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu
istiqamətdə bacarıqlarının artırılması” adlı layihənin icrasını davam etdirir. Nəzərdə tutulan
fəaliyyət planına uyğun olaraq Göyçay rayonunda əhalisinin əsas məşğuliyyəti narçılıq olan 5
kənddə ehtiyacların qiymətləndirilməsi aparılıb və fermerlər arasında sorğu keçirilib.
Hazırda seçilən 30 nəfər gənc üçün Göyçay Regional Peşə Tədrisi Mərkəzində təlimlər təşkil
olunur.
Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı görülən işlərlə tanış olmaq üçün regionlara səfər
edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Təhsil Nazirliyinin və bir neçə
səfirliyin əməkdaşları “Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu istiqamətdə
bacarıqlarının artırılması” layihəsi ilə tanış olub, təlim iştirakçıları ilə görüşüblər. Həyata
keçirilən layihə və təlim mövzuları haqqında nümayəndə heyətinə məlumat verilib.
Layihənin əlaqələndiricisi Nahid Quliyev ətraflı məlumat verərək Göyçay və region üçün spesfik
olan nar meyvəsinin effektiv becərilməsi üçün ixtisaslı və bilikli kadrlara ehtiyac olduğunu qeyd
edib. Qeyd edib ki, layihənin əsas məqsədi nar məhsulu istehsalçıları üçün səciyyəvi olan
ehtiyacları müəyyənləşdirmək və nar bağlarının aqronomik qaydada düzgün idarəedilməsi üçün
gənclərin bilik və bacarıqlarını artırmaqdır.
O, layihə çərçivəsində nəşr olunan təlim modulu, buklet və posterləri qonaqlara təqdim edib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Yeron
Villems həyata keçirilən pilot layihənin önəmli olduğunu qeyd edərək, gənclər təşkilatına və
layihə iştirakçılarına uğurlar arzulayıb. Sonra Yeron Villems təlim iştirakçılarına sualar verərək
oların gələcək kariyeraları ilə maraqlanıb.
Qeyd edək ki, qonaqlar Göyçay Regional Peşə Tədrisi Mərkəzinin fəaliyyəti ilə də yaxından
tanış olublar.

Esmira Hidayətova