Avropa Oyunlarında əldə etdiyimiz medalların sayı 40 oldu

0
594

Bakı-2015 I Avropa Oyunlarının XIII günündə 10 dəst medalın sahibi müəyyənləşib. Daha 10 bürünc medal boks yarışlarının yarımfinalında uduzan idmançılar tərəfindən rəsmiləşdirilib.

Azərbaycan yığması günü məhz boksda qazanılan medalla tamamlayıb. Tayfur Əliyevin əldə etdiyi bürünc mükafat yığmamızın Avropa Oyunlarında əldə etdiyi 40-cı medal olub.

 

Yığmamız arxada qalan 13 gün ərzində 14 qızıl, 11 gümüş və 15 bürünc mükafata yiyələnib. Bu nəticə ilə millimiz qeyri-rəsmi komanda hesabında 2-ci pillədə qalıb.

 

Siyahının lideri olan Rusiya bu gün daha 15 medal qazanaraq, izləyiciləri ilə fərqi daha da artırıb. Hesabında 109 mükafat olan rusiyalıların medallarından 51-i qızıl, 31-i gümüş, 27-si bürüncdü. Almaniya isə 3-cü pillədəki yerini qorumaqla yanaşı, yığmamıza yaxınlaşıb. Bu ölkənin idmançıları 13 qızıl, 12 gümüş və 15 bürünc əldə edib. Belarus yığması siyahıda 5-ci olsa da medal sayında hərəyə 40 mükafat qazanan Azərbaycan və Almaniyadan öndədi. Belaruslular 41 dəfə fəxri kürsüyə qalxıb.

 

Qeyd edək ki, Bakı-2015-in arxada qalan 13 günündə ümumilikdə 573 – 173 qızıl, 173 gümüş, 227 bürünc medalın sahibi müəyyənləşib. Medalçı 40 ölkədən 25-i çempionluq sevinci yaşayıb.

 

Yer Ölkə Qızıl Gümüş Bürünc Cəmi
1 Rusiya 51 31 27 109
2 Azərbaycan 14 11 15 40
3 Almaniya 13 12 15 40
4 Böyük Britaniya 12 4 10 26
5 Belarus 10 9 22 41
6 Serbiya 8 4 1 13
7 Macarıstan 8 2 6 16
8 İtaliya 7 12 6 25
9 İspaniya 7 8 8 23
10 İsveçrə 7 4 2 13
11 Ukrayna 6 11 17 34
12 Fransa 6 5 10 21
13 Türkiyə 5 3 17 25
14 Hollandiya 4 7 7 18
15 Belçika 3 3 1 7
16 Portuqaliya 2 4 2 8
17 Slovakiya 2 2 2 6
18 Polşa 1 6 6 13
19 Rumıniya 1 4 4 9
20 Yunanıstan 1 4 2 7
21 Xorvatiya 1 3 5 9
22 İsveç 1 2 3 6
23 Litva 1 0 3 4
24 Latviya 1 0 1 2
25 Sloveniya 1 0 0 1
26 Avstriya 0 6 3 9
27 Gürcüstan 0 3 7 10
28 İsrail 0 3 5 8
29 Bolqarıstan 0 3 4 7
30 Danimarka 0 2 1 3
31 Çexiya 0 1 4 5
32 Moldova 0 1 2 3
33 San Marino 0 1 1 2
34-35 Ermənistan 0 1 0 1
  Kipr 0 1 0 1
36-38 Estoniya 0 0 2 2
  Makedoniya 0 0 2 2
  Norveç 0 0 2 2
39-40 Finlandiya 0 0 1 1
  Monteneqro 0 0 1 1

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here