Avropa Komissiyasının sədri Karl Marksın tərəfini saxlayıb

0
325

Avropa Komissiyasının sədri Jan-Klod Yunker davamçılarının əməllərinə görə alman filosofu Karl Marksı ittiham etməməyə çağırıb.

“Marks davamçılarının cavab verməli olduğu vəhşiliklərə görə məsuliyyət daşımır”, – deyə Almaniyanın Trir şəhərində Karl Marksın 200 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edən Yunker bildirib.

Jan-Klod Yunkerin həmin tədbirdə iştirak etməsi bir çox siyasətçilər tərəfindən tənqid olunub. Avropa Parlamentinin britaniyalı deputatı Pol Natoll Yunkerin 100 milyondan çox insanın ölümünə səbəb olan marksizm/kommunizm ideologiyasının banisinin xatirəsini yad etmək barədə qərarını dəhşət adlandırıb.

Qeyd edək ki, Karl Marksın anadan olmasının ildönümü münasibətilə mayın 5-də Trir şəhərində keçirilən tədbirdə onun Çin tərəfindən hədiyyə edilən 4,4 metrlik heykəlinin açılışı olacaq. azərtac