Avropa çempionatı koronavirusla əlaqədar təxirə salınıb

2656

Bu ilin yayında Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılan futbol üzrə Avropa çempionatının final mərhələsi koronavirus pandemiyasına görə təxirə salınıb.

Qurumun “Twitter” səhifəsində bu barədə məlumatda qeyd olunub: “UEFA Avropa çempionatını 2021-dək təxirə salmaq qərarına gəlib. Turnir həmin il iyunun 11-dən iyulun 11-dək keçiriləcək”.