Avropa Birliyi Rusiyanı diz çökdürmək niyyətindədir

0
485
Dünəndən başlayaraq Ukrayna böhranı ilə əlaqədar Rusiyaya qarşı Qərbin yeni sanksiyaları qüvvəyə minib. Avropa Birliyi Rusiya Federasiyasının 3 iri Müdafiə Konserni və 3 Yanacaq – Enerji şirkətinin maliyyələşdirilməsinə qadağa qoyur. Bundan başqa Avropa Birliyindən olan hüquq-fiziki şəxlər bundan sonra Rusiya Dövlət Bankına kredit ayıra bilməyəcək.
AB Rusiyanın əsas yanacaq-energetika şirkətləri – “Rosneft”, “Transneft” və “Qazpromneft”in, eləcə də üç iri hərbi konsern – “Uralvaqonzavod”, “Oboronprom” və Vahid Aviatikinti Korporasiyasının (OAK) Avropanın maliyyə bazarlarına çıxışını qadağan edib. Bundan başqa, sanksiya siyahısına “Sirius” konserni, “Stankoinstrument”, “Ximkompozit”, “Kalaşnikov” konserni, Tula Silah Zavodu, “Texnoloqi maşinostroyeniya”, “Vısokotiçnıye kompleksı”, “Almaz-Antey” konserni və “Bazalt” müəssisəsi də daxildir. Bu şirkətlərə ikili təyinatlı texnologiyaların satışına qadağa qoyulub.   

Fiziki şəxslərdən ibarət “qara siyahı”ya isə daha 24 nəfərin adları əlavə olunub. Siyahıya Rusiyanın “Rostex” korporasiyasının baş direktoru Sergey Çemezov, Liberal Demokrat Partiyasının lideri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski, Dövlət Dumasının sədr müavinləri Vladimir Vasilyev, İvan Melnikov, İqor Lebedev, Nikolay Leviçev, Krım Respublikasının Rusiya prezidenti yanında daimi nümayəndəsi Georgi Muradov, Krım Baş Nazirinin müavini Mixail Şeremet, Rusiya Federasiya Şurasının sədr müavini Yuri Vorobyov, Rusiya Kazak Qoşunları İttifaqının ali atamanı, Dövlət Dumasının deputatı Viktor Vodolatski, Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Leonid Kalaşnikov, Dövlət Dumasının deputatları Vladimir Nikitin, Oleq Lebedev, Svetlana Jurova, Aleksandr Babakov, 76-cı Çerniqov (Pskov) diviziyasının komandiri, general-mayor Aleksey Naumets, eləcə də Ukraynanın şərqindəki separatçıların bir sıra rəhbərləri daxil edilib.

Kremldən isə bununla bağlı bildirilir ki, əks-ölçülər qismində Rusiya Avropadan avtomobil və yüngül sənaye məhsullarının idxalına məhdudiyyətlər qəbul edə bilər. Avropa Birliyinin sanksiyalarını şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç, bunun Rusiyaya qarşı “tam düşmənçilik xətti” olduğunu və Avropa Birliyinin maraqlarına zidd olduğunu bildirib. Lukaşeviç bir daha rəhbərliyin ismarıcını təkrarlayaraq, dövlətin iqtisadiyyatına ziyan vuran istənilən sanksiya ölçülərinə layiqli cavab verəcəklərini bəyan edib.

Sanksiyalar ərəfəsində Rusiya Polşaya qaz təchizatını əhəmiyyətli dərəcədə azaldıb. Polşa Dövlət Neft- Qaz şirkətinə görə, nəql olunan qazın miqdarı gündəlik tələb olunan normadan 45 faiz aşağıdır. Polşa tərəfinə görə “Qazprom” bu addımı ilə əlaqədar şirkətə nə izahat, nə də bildiriş göndərib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here