Avropa Birliyi qapılarını Ukraynanın üzünə açır

0
353
2015-ci ilin payızından etibarən ukraynalılar biometrik pasportlar vasitəsilə Avropaya vizasız səfər edə biləcəklər.
Bu barədə Ukrayna xarici işlər naziri müavini Yelena Zerkal xəbər verib.

“Biz çalışırıq ki, AB Ukraynaya vizasız status versin, sentyabr-oktyabr aylarında isə ukraynalıların biometrik pasportları ilə viza tələb olunmadan səyahət edə bilməsinə nail olaq”- deyə nazir müavini yerli “İnter” telekanalında çıxışı zamanı bildirib.

Bu arada o biometrik xarici pasportların paylanmasının 2015-ci ilin 1 yanvar tarixinə planlaşdırıldığını qeyd edib. Lakin AB pasportların paylanmasını, sistemin işləməsini, seriya istehsalının təhlükəsizliyini qiymətləndirməyənə qədər viza rejiminin ləğvi mümkün olmayacaq. Bu isə vaxt tələb edir.

Qeyd edək ki, ABŞ-da 2001-ci il 11 sentyabr hadisəsindən sonra tətbiq edilən biometrik xarici pasportların fərqli cəhəti budur ki, onda vətəndaşın bütün məlumatını özündə əks etdirən çiplər mövcud olur.

 

NATO Ukraynaya

yardıma başlayır

NATO-nun Ukrayna ilə bağlı kömək fondları 2 dekabrdan fəaliyyətə başlayacaq. Bunu NATO baş katibi Yens Stoltenberq mətbuat konfransında bildirib.

“Biz yönləndirilmiş fondlar təşkil etmişik və onları sabah hərəkətə keçirəcəyik”. Bundan əlavə o qeyd edib ki, NATO Ukraynaya hərbi kömək təşkil etməyəcək.

“Ukraynanı dəstəkləyən bir çox iqtisadi proqramlar var. Hərbi avadanlıq və hansı hərbi avadanlıq barədə məsələni müttəfiqlərin ikitərəfli razılaşma əsasında özlərinin seçim etməyi vacibdir”- deyə Stoltebberq əlavə edib.

Mətbuat konfransında çıxışı zamanı o bir daha Rusiyaya qarşı sanksiyaları dəstəklədiyini dilə gətirib. NATO rəhbəri sanksiyalara daha çox ölkənin qoşulmalı olduğunu da bildirib: “Mən istərdim ki, mümkün qədər daha çox ölkə sanksiyalara qoşulsun”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here