Avrobayatılar

464

Fransa – Rumıniya 2:1

Uels – Slovakiya 2:1,

Albaniya – İsveçrə 0:1

İngiltərə – Rusiya 1:1

Türkiyə – Xorvatiya 0:1

Polşa – Şimali İrlandiya 1:0

Almaniya – Ukrayna 2:0

İspaniya – Çexiya 1:0

İrlandiya – İsveç – 1:1

Belçika – Italiya

 

 

Fransanın baş məşqçisi Didye Deşam:

Səsimi salıb zilə,

Deyirəm gülə-gülə

Fransızlar kef etdi.

Payenin qolu ilə.

 

Rumıniyanın baş məşqçisi Angel Yordanesku:

Yormadan əsla sizi

Qoy söyləyim bir sözü:

Paye vurduğu qolla.

Yandırıb yaxdı bizi.

 

Slovakiyanın baş məşqçisi Yan Kozak:

Düşərək mən həvəsə

Deyirəm birnəfəsə

Mən çox ağır gəlir

Uduzmağım “Uels”ə.

 

Uelsin baş məşqçisi Kris Kolman:

Deməzdim çox qal oldu,

Amma əla hal oldu.

İlk oyundan aldığım

Çox fantastik xal oldu.

 

İsveçrənin baş məşqçisi Vladimir Petkoviç:

Məhv edərək tilsimi

Xoşlamadan him-cimi,

Albanlarla oynadı

Komandam saat kimi.

 

Albaniya millisinin baş məşqçisi Canni De Byazi:

Könül aldatdı məni,

Gör hara atdı məni.

Real qol imkanları

Xeyli ağlatdı məni.

 

Rusiyanın baş məşqçisi Leonid Slutski:

Demirəm ki, yatdılar,

Xəyallara batdılar.

Uşaqlar lap son anda

Qola imza atdılar.

 

İngiltərənin baş məşqçisi Roy Hocson:

Olmasam da özümdə

Yanlışlıq yox sözümdə.

Qoydu mənim arzumu

Berezutski gözümdə.

 

Türkiyənin baş məşqçisi Fateh Terim:

Elə bil düşdü dolu

Bağladı hər bir yolu

Məni məyus eylədi

Luka Mudriçin qolu.

 

Fələyin öz əlindən,

Açmadım göz əlindən

Kimə edim şikayət

Bəxtimin əzəlindən.

 

Xorvatiyanın baş məşqçisi Ante Çaçiç:

Duyğularım incədir,

Lap tərdir, lap qönçədir.

Fatehdən 3 xal almaq

Çox gözəl nəticədir.

 

Polşanın baş məşqçisi Adam Navalka:

Reyhanı əkdim düzə,

Göyərib çıxdı üzə.

Allahım ilk oyunda

Sevinc bəxş etdi bizə.

 

Şimali İrlandiyanın baş məşqçisi Maykl O’Nil:

Bilirsinizmi niyə

Ahım yüksəlib göyə?

Polşayla bacarmadı

Şimali İrlandiyam.

 

Almaniyanın baş məşqçisi Yoahim Löv:

Vurub, yıxıb bəndini,

Büküb rəqib qəddini,

Biz iki qolla keçdik

Ukrayna səddini.

 

Ukraynanın baş məşqçisi Mixayıl Fomenko:

Çəkdi illər bu dərdi

Çəkən bilər bu dərdi.

Qəlbimdən silsə ancaq

Zəfər silər bu dərdi.

 

İspaniyanın baş məşqçisi Visente Del Boske:

Başında ağ şalı var

Yanağında xalı var.

İlk oyundan millimin

Tərtəmiz üç xalı var.

 

Çexiyanın baş məşqçisi Pavel Vrba:

Bağımızda üzüm var,

Mənim sizə sözüm var.

Mənim ilk iki yerdə

Nə gizlədim gözüm var.