“Atom silahından istifadə riski yüksəkdir”

493

Soyuq müharibə başa çatdıqdan sonra atom silahından istifadə etmə riski hazırda heç vaxt olmadığı qədər yüksəkdir. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Yaponiyada səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib. Onun sözlərinə görə, dünya yeni nüvə əsrinə sürüklənir. Prezident qeyd edib ki, dünya liderləri arasında misilsiz etimad böhranı nüvə silahını tətbiq etməmə təminatının zədələnməsinə gətirib çıxarır: “Bu tendensiyaları geri döndərmək üçün bütün liderlərin siyasi iradəsi lazımdır”.