Atilla Muradlı fərqləndi

0
186

Polyup beynəlxalq müsabiqəsinin Azərbaycan mərhələsi başa çatıb. Riyaziyyat və informatika fənləri  üzrə həyata keçirilən müsabiqə 7 həftə ərzində 4 mərhələli şəkildə davam edib. Yarışmada ölkənin   ümumtəhsil məktəblərinin 7, 8, 9 və 10-cu siniflərində təhsil alan 7 min nəfərə yaxın şagird iştirak iştirak edib. Mars  Academy-nin Təhsil Nazirliyi ilə birgə gerçəkləşdirdiyi müsabiqənin əsas hədəfi riyaziyyat informatika və məntiqi təfəkkürə sahib istedadlı şagirdlərin üzə çıxarılması və gələcək inkişaf itiqamətlərinin elmi cəhətdən stimullaşdırılmasından ibarət olub.

Müsabiqədə uğurlu iştirakı ilə yadda qalan şagirdlərdən biri də 20 saylı Mingəçevir şəhər orta məktəbinin 8-ci sinif şagirdi Atilla Muradlı olub. O, əsasnaməyə uyğun olaraq müsabiqənin ilk üç mərhələsində nəzəri bacarığı, tərib etdiyi riyazi-informatik yönlü maşınları ilə  hər yaş qrupu üzrə müəyyən edilən liderlər siyahısında yer alıb. Nəhayət sonuncu –dördüncü mərhələdə Atilla Muradlının təqdim etdiyi “Kəlbəcər rayonunun İstisu qəsəbəsinin  müasir qabaqcıl texnologiyalar əsasında yenidən qurulması –istilik və enerji sisteminin bərpa  edilməsi” layihəsi sayəsində o müsabiqənin  qaliblərindən biri nominasiyasına layiq görülüb. Bu təşkilatçı tərəflərin  təntənəli şəkildə  canlı yayımda keçirdiyi tədbirdə rəsmən elan olunub. O da vurğulanıb ki, hər yaş üzrə qaliblər qiymətli hədiyyələr qazanmaqla yanaşı , həm də müsabiqənin beynəlxalq mərhələində iştirak hüququ qazanıb.

Qeyd edək ki, bundan bir neçə il öncə Atilla Muradlı Fövqaladə Hallar Nazirliyi tərəfindən keçirilən texniki modelçilik müsabiqəində də qalib gələrək ölkə birincisi olmuşdu. Texniki fənlərə üstünlük verən Atilla Muradlı gələcəkdə  kosmik mühəndis-uzay mühəndisi kimi yetişmək arzusundadır.

Esmira Hidayətova, Mingəçevir