Atalar üçdən desə də…

508

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Günün ilk qarşılaşması Bakıda baş tutub.

Azərbaycan çempionu “Qarabağ” öz meydanında Çexiyanın “Viktoriya” klubunu qəbul edib. Ardıcıl 3-cü dəfə bu mərhələyədək irəliləyən Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinin pley-offuna yüksəlmək üçün mübarizə aparıb. Lakin Ağdam təmsilçisi bunu növbəti cəhdində də bacarmayıb.

Belə ki, səfərdə qolsuz heç-heçə edən “Qarabağ” avrokuboklarda yubiley – 70-ci görüşdə azarkeşlərini qələbə ilə sevindirməyə yaxın olsa da, rəqib buna imkan verməyib. Düzdü, hesabı Muarem Muarem açıb. Bundan sonra çempionumuzun bir neçə dəfə fərqlənmək imkanı da olub. Lakin “Qarabağ”ın futbolçuları əllərinə düşən şansdan istifadə edə bilməyib. Bu isə onlara baha başa gəlib. Görüşün başa çatmasına 5 dəqiqə qalmış Mihael Krmençik status-kvonu bərpa edib. Qollu heç-heçə isə qonaqları növbəti mərhələyə daşıyıb.

Nəticədə “Qarabağ” III mərhələdə yenə ilişərək, Çempionlar Liqası ilə vidalaşıb.

Məğlubiyyətə baxmayaraq, “Qarabağ” mübarizəni Avroliqada davam etdirəcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
“Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Çexiya) – 1:1
Qollar: Muarem Muarem, 28 – Mihael Krmençik, 85
Baş hakim: Hüseyin Göçek
Baş hakimin köməkçiləri: Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz
Dördüncü hakim: Bariş Şimşek (hamısı Türkiyə)
Hakim-inspektor: İqor Satkii (Moldova)
UEFA nümayəndəsi: Andreas Akkelides (Kipr)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:0

“Qarabağ”:. 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Quintana
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 67. Əlhərbi Əl-Jadeuyi, 91. Coşqun Dinyev
Baş məşqçi: Qurban Qurbanov

“Viktoriya”: 1. Matuş Kozaçik, 2. Lukaş Heyda, 3. Aleş Mateyu, 4. Roman Hübnik (k), 7. Tomaş Horava, 8. David Limberski, 11. Milan Petrjela, 12. Mihal Duriş, 17. Patrik Hroşovski, 26. Daniel Kolar, 19. Yan Kovarik,
Ehtiyat oyunçular: 13. Petr Bolek, 10. Yan Kopiç, 14. Radim Rjeznik, 15. Mihael Krmençik, 23. Marek Bakoş, 27. Frantişek Raytoral, 29. Tomaş Kuçera
Baş məşqçi: Roman Pivarnik