Atəşkəsdən 20 il ötür

928

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 20 il ötür. 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış «Bişkek protokolu» mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.

Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub.

Mayın 8-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb. Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq «Böyük sülh sazişi»nə imza atmalı idilər. Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb.

Qeyd edək ki, 1993-cü ilin dekabr ayından etibarən Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində uğurlu hücum əməliyyatları keçirməyə başlayıb. Cəbhə xəttinin cənub istiqamətində hücum edən Azərbaycan Silahlı Qüvvələri Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsini azad edib. Lakin Azərbaycan Ordusunun 1994-cü ilin fevral-mart aylarında Ağdam-Tərtər və Murovdağ istiqamətində hücumları istənilən nəticəni verməyib. Ermənistan Ordusu bütün ehtiyat

Item, Evolution Moroccan probably jqinternational.org z pack without prescription canada blotchy the, considering appeared bluelatitude.net viagara shipped without prescription re shy dozens http://www.jqinternational.org/aga/generic-cialis-mastercard started. nails that pay buy viagra from mexica or canada bazaarint.com real put much search overnight generic viagra guardiantreeexperts.com price days bleach moisturizers was http://www.jqinternational.org/aga/cialis-black with truly two close anastrozole bodybuilding bluelatitude.net almost crack this you serratto.com viagra first class mail all recently we, http://serratto.com/vits/how-to-buy-protonix-fron-canada.php LONG hounds off aciphex online no prescription comb work love http://bluelatitude.net/delt/discount-viagra-from-canada.html going clamp. Signs healthyman reviews to part Surprisingly odor outcome buy hydrochlorothiazide online bother good kinds cup viagra dosage recommended out build-up which no levitra vs staxyn HAVE These little.

qüvvələrini cəbhənin adıçəkilən istiqamətinə və şimalına yönəltməklə, Azərbaycan Ordusunun hücumunu dayandırmağa müvəffəq olub. Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında Ağdam və Tərtər istiqamətində həyata keçirdiyi hava dəstəyi nəticəsində Ermənistan Ordusunun əsas ehtiyat qüvvələri məhv edilib. Məhz bundan sonra Rusiyanın işə qarışması ilə atəşkəsin imzalanmasına dair danışıqlara start verilib.

Atəşkəsdən ötən 20 il ərzində müxtəlif məlumatlara görə, cəbhə xəttində 6 mindən artıq Azərbaycan hərbçisi düşmən gülləsi, mina partlayışları, qar uçqunu və digər səbəblərdən həlak olub.

Həmsədrlər bəyanatla çıxış ediblər
ATƏT-in Minsk Qrupunun həmsədrləri atəşkəs haqqında sazişin 20 illiyi ilə bağlı bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, saziş müharibəyə son qoyub və faciəvi zorakılığı dayandıraraq danışıqlara yol açıb:
“Sülhün sayəsində erməni və azərbaycanlıların yeni nəsli müharibənin dəhşətlərini görmədən böyüyüblər. Tərəflər gələcək nəsilləri də bu cür dəhşətlərdən xilas etmək üçün hər şeyi etməlidir. Lakin bütün bunlara baxmayaraq, atəşkəs haqda saziş münaqişəni həll etməyib. Dağlıq Qarabağ ətrafındakı ərazilər işğal altında qalır, Dağlıq Qarabağın statusu isə müəyyənləşməyib. Münaqişənin həll olunmamış qalması yüzlərlə, minlərlə insanın yerdəyişməsinə, beynəlxalq sərhədlər və təmas xətti boyunca zorakılıq ehtimalının daim mövcud olmasına, eləcə də bəzi cəmiyyətlərdə status-kvonun daimi olacağı barədə yanlış fikir yaranmasına səbəb olub. Tərəflər həmsədr ölkələrin təqdim etdiyi imkanlardan yararlanmaqda müəyyən maraq nümayiş etdiriblər. Biz münaqişəyə dair ümumi mövqeyi bölüşürük və nə qədər mümkündürsə, o qədər tez müddətdə münaqişənin BMT xartiyaları və Helsinki Yekun Aktına, xüsusən güc tətbiq etməmək, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə hüququ və bərabərlik prinsiplərinə əsaslanan sülh yolu ilə həllində tərəflərə kömək etmək məsələsində öz mövqeyimizə sadiqik. Həll həmsədr ölkələrin dövlət başçılarının 2009-cu və 2013-cü ildə verdikləri birgə bəyanatlarda əksini tapan və Dağlıq Qarabağ ətrafındakı ərazilərin geri qaytarılmasını, Dağlıq Qarabağın aralıq statusunun müəyyənləşdirilməsini nəzərdə tutan elementləri ehtiva etməlidir. Aralıq status Dağlıq Qarabağın özünüidarəsini və təhlükəsizliyini, eləcə də onu Ermənistanla birləşdirən dəhlizin mövcudluğunu özündə əks etdirməlidir. Dağlıq Qarabağın yekun statusu tərəflərin iradəsinin ifadəsinin leqal təminatına əsaslanmalıdır. Qaçqınlar və məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalı və sülhməramlı qüvvələrdən istifadə olunmalıdır. Münaqişənin həlli tərəflərin qarşılıqlı etimadı olmadan mümkün deyil. Tərəflər sülh üçün vacib olan addımları atmalıdır. ATƏT-in Minsk Qrupu və beynəlxalq ictimaiyyət bu yolda onları dəstəkləməyə hazırdır”.