Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir

0
241

Bu gün Azərbaycanda məscidlərdə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir. Aksiya Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

“Təzəpir” məscidində keçirilən aksiyanı izləyən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, artıq indiyə qədər ölkə üzrə 400-ə yaxın şəxs qan verib.

Aksiya ölkə üzrə 15 məsciddə keçirilir.

Qan vermək üçün müraciət edən şəxslərin xəstəliklərinin olub-olmadığı və qanda hemoqlobin səviyyəsi yoxlanılır.