AŞPA-nın yeni sədri seçilib

0
284

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk plenar iclasında qurumun yeni sədri seçilib. Təşkilatın yeni sədri İtaliya Demokrat Partiyasının üzvü, Sosial-Demokrat və Yaşıllar Qrupunun sədri Mişel Nikolettidir.

Mişel Nikoletti AŞPA-da 2013-cü ildən təmsil olunur.

Qeyd edək ki, ötən ilin oktyabrın 6-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt istefa verib. Səbəb kimi Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşü göstərilib. AŞPA sədri yaz sessiyasında çıxışa başlayan kimi assambleya üzvlərinin əksəriyyəti ayağa qalxaraq onun istefasını tələb ediblər.