Aşıq Əhliman 60-ı aşırdı

447

Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biri, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşıq sənəti kafedrasının müdiri Əhliman Rəhimovun 60 illik yubileyi qeyd olunub. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub Aşıq Əhlimanı 60 illik yubileyi münasibətilə təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbirin aparıcısı, professor Qəzənfər Paşayev Aşıq Əhliman Rəhimovun sənət yolundan, ifaçılıq məharətindən, gənc aşıqların yetişməsindəki xidmətlərindən söz açıb.

Akademik Vasim Məmmədəliyev, professor Məhərrəm Qasımlı və başqaları çıxış edərək yubilyara ən xoş arzularını çatdırıblar.

Tədbirdə ustad aşığın sənət dostları, tələbələri çıxış edərək, onun sözlərinə bəstələnmiş mahnıları səsləndiriblər.

İrandan gəlmiş aşıqlar da ifaları ilə yubilyarı təbrik ediblər.