Asim Xudiyev: “Dedim, mən hara, hakimlik hara?”

703

Asim Xudiyev… O, futbolçu kimi idman aləminə gəldi. Sonra məşqçiliyə meyil saldı. Daha sonra hakim kimi fəaliyyətini davam etdirdi. Və futbolda olduğu kimi bu sahədə də müəyyən uğurlara imza atdı. Hazırda onun sorağı hakim-inspektor kimi ölkəmizin, eləcə dünyanın müxtəlif arenalarından gəlir. Beləliklə, həmsöhbətimiz UEFA-nın Beynəlxalq dərəcəli hakim-inspektoru, AFFA-nın futzal üzrə kuratoru Asim Xudiyevdir.

Qvami Məhəbbətoğlu

– Asim müəllim, ötən ili necə dəyərləndirərdiniz?

– Bildiyiniz kimi, mən həm də AFFA-nın futzal üzrə kuratoruyam. Ölkəmizdə, eləcə də xaricdə bu sahə ilə bağlı keçirilən bütün tədbirlərlə bilavasitə mən məşğulam: klub komandalarımızın və yığma komandamızın texniki işlərini tənzimləmək, eləcə də bu və ya digər məsələlərlə bağlı UEFA ilə əlaqələr yaratmaq mənim vəzifəmdir. Ötən il də çalışmışam ki, mənə həvalə olunmuş işlərin öhdəsindən layiqincə gəlim və buna nail olmuşam. Ötən il hakim-inspektor kimi də fəaliyyətimi uğurlu alınıb. Belə ki, ona yaxın beynəlxalq oyuna (mən UEFA-nın beynəlxalq dərəcəli hakim-inspektoruyam) dəvət almışam.

– Ötən il nəyə daha çox sevindiniz?

– Bizim futzal üzrə yığma komandamızın Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması məni çox sevindirdi. Yeri gəlmişkən, həmin oyunlara bu ilin fevralında ( 02.02.-13.02.) start veriləcək. Qeyd etmək lazımdır ki,millimiz eyni zamanda Kolumbiyada keciriləcək Dünya cempionatının final mərhələsinə cixmağa cox yaxındır!.

– Ümumiyyətlə, hakimlərimizin fəaliyyətini necə dəyərləndirərdiniz?

– Bəri başdan deyim ki, gənc hakimlərimizin əksəriyyəti oyunları o qədər də yüksək səviyyədə idarə edə bilmirlər. Nəticədə çoxlu səhvlərə yol verirlər. Güman edirəm ki, onlar tədricən püxtələşəcəklər. Bunun yeganə yolu isə onların öz üzərlərində çalışmasıdır. Amma bir neçə hakim, o cümlədən Əliyar Ağayev (o, ötən il Azərbaycan hakimliyi tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində oyun idarə edib) özünü yaxşı tərəfdən göstərir. Ona və digər FİFA hakimlərimizə uğurlar diləyirəm.

– Sizcə, bizim nə vaxt Tofiq Bəhramov, Eldar Əzimzadə, Rüstəm Rəhimov kimi hakimlərimiz yetişəcəklər?

– Onlar hələlik əlçatmazdırlar. Hətta yaxın zamanlarda indiki hakimlərdən kimsənın onların səviyyəsinə çatmasına inanmıram, amma olacaq. Burada bir haşiyəyə çıxmaq istəyirəm. Xaricdə olanda hərdən həmkarlarım soruşurlar: sovet dönəmində məşhur hakimləriniz olub, niyə indi kimsə onların səviyyəsinə qalxa bilmir? Sözün düzü, həmin suala cavab tapmaqda həmişə çətinlik çəkirəm.

– Asim müəllim, insafən, bizdə idmana, o cümlədən futbola hər cür qayğı var. Bəs elə isə…

– Mən sizin fikrinizlə tam razıyam. Yəni indi hakimlərimiz üçün əlverişli şərait yaradılıb. Mənə belə gəlir ki, onlar hələ də hakimlik məsuliyyətini yaxşı dərk etmirlər.

– Mənə elə gəlir ki, bizdə öz hakimlərimizə hərdən torba tikirlər? Bununla bağlı bəzi məlum olayları açıqlamaq istəmirəm. Amma sizinlə bağlı bir məsələyə toxunmaq fikrindəyəm. Adı heç bir qalmaqalda hallanmayan Asim Xudiyev ötən il, demək olar ki, ismin bütün hallarında hallanmağa başlandı. Yəqin ki, söhbətin 2001-ci ilin ilyulun 28-də UEFA kuboku çərçivəsində “Osiek” (Xorvatiya) və “Dinaburq” (Latviya) arasında keçirilən cavab matçından yayınlanan videodan getdiyini başa düşdünüz. Siz həmin oyunun baş hakimi olmusunuz…

– Bəli, 15 il bundan əvvəl bir oyundakı, əgər belə demək mümkünsə, fraqment keçən ilin noyabr ayında mətbuatda geniş yer aldı. Sözün düzü, həmin oyunu indi çətinliklə xatırlayıram. İnandırım sizi, həmin oyunda o sözləri əsla eşitməmişəm, çünki fikrim oyunda olub (Mən həmin sözləri videoya baxarkən eşitdim). Bir də fakt göz qabağındadır da: nəinki həmin oyunda, eləcə də digər oyunlarımızda neqativ hallar baş verməyib. Üstəlik, idarəçiliyimizlə bağlı bizə iradlar da bildirilməyib. Bu mənada vicdanım təmizdir.

– Bəlkə bu sizin də nüfuzunuza xələl gətirmək istəyəndən irəli gəlib?..

– Ola bilər… Amma bu ittiham məndən çox Hakimlər Komitəsinə və onun sədrinə ünvanlanıb. Çünki bu məlumat gənc hakimimiz Avropa Liqasına təyinat almağının ertəsi günü dövriyyəyə buraxılıb. Bu, əgər belə demək mümkünsə, nailiyyətə tuşlanmış video idi.

“Yerli komanda mütləq

qalib gəlməlidir”

– Madam ki, söhbətə hakimliklə başladıq, elə isə elə istiqamətdə davam etdirək: Asim müəllimin hakim kimi son oyunu hansı olub?

– Mən yaşımla əlaqədar 2003-ci ildə hakimliyi başa vurmuşam. Beynəlxalq səviyyədə baş hakim kimi son oyunum Avropa çempionatının qrup yarışlarının oyunu (San Marino – Latviya) olub. Yerli çempionatında idarə etdiyim son oyunumu xatırlamıram. Sözün düzü, heç idarə etdiyim oyunların statistikasını da aparmamışam. Amma onu deyə bilərəm ki, on bir illik hakimlik fəaliyyətimdə milli çempionatımızda 200-ə yaxın oyun idarə etmişəm.

– Bəlkə bir qədər hakimlik xarakterinizdən də söz açasınız?

– Hakimliyə böyük futboldan gəlmişəm. Ona görə də oyunçuları duymaqda, onlarla dil tapmaqda heç zaman çətinlik çəkməmişəm. Həmişə çalışmışam ki, futbolçuları çox cəzalandırmayım. Qırmızı vərəqəni əmin olduğum qanun pozuntularında göstərirmişəm. Bir də gərək hakim meydanda öz avtoritetini, hörmətini qorumalıdır. Amma onu da deyim ki, hər bir hakim səhv edə bilər, amma hakimlik adına ləkə gətirə biləcək yollara əl atmamalıdır. Hakimlik həyatımda həmişə ləkədən uzaq olmağa çalışmışam və buna da nail olmuşam.

– Sizin hakimlik dövrünüz komandalarımızın peraşki dövrlərinə təsadüf edir. Bəlkə, o illərin çətinliklərindən danışasınız?

– Bəri başdan deyim ki, həmin illərdə klubların sayı çox idi. “Qarabağ”, “Turan”, “Kəpəz”, “Neftçi” kimi aparıcı komandalar vardı… O zaman komandaların maddi durumları normal deyildi. Elə bu səbəbdən komandalar təlim-məşq toplanışları az keçirər, hətta qonaq komanda regionlara oyunlarına bir-iki saat qalmış gələrdi. Buna rəğmən, komandalar meydançalarda əzmkar oyun sərgiləyirdilər. Məhz belə oyunlarda hakimlərimiz daha da bərkiyirdilər.

– Hansı oyun sizin üçün daha çətin keçib?

– 2001-ci ildə keçirilmiş “Turan”- “Şəmkir” oyunu. 15 minə yaxın azarkeşin izlədiyi bu oyunun baş hakimi mən idim. Yerli komanda 1:2 hesabı ilə uduzduğuna görə bəzi azarkeşlər, eləcə də rəhbərlik elə coşdu ki… İnandırım sizi, onlar polislərin olmasına baxmayaraq, hakimlərə belə hücum çəkmək istəyirdilər. Elə bu səbəbdən bizim üçün nəzərdə tutulmuş otağa çatanadək çox əziyyət çəkməli olduq. Bir də onu da qeyd edim ki, o illərdə azarkeşlərdə belə bir tendensiya formalaşmışdı: yerli komanda mütləq qalib gəlməlidir.

Şuşa ilə son görüş

– Asim müəllim, eşitdiyimə görə qarabağlısınız?

– Bəli, atam əslən Şuşanın Zarıslı kəndindən, anam isə Ağdamdandır (Atam ötən əsrin 53-54-cü illərində Bakıya köçüb). Mən Bakıda anada olmuşam. Uşaq vaxtı məktəbdən hər il yay tətilinə buraxılanda atam bizi (ailədə 3 uşaq olmuşuq: böyük qardaşım, mən və bacım) doğma Zarıslıya aparardı. Bütün yayı, demək olar ki, Şuşada və orada keçirərdik. O günləri indi xatırlayanda elə kövrəlirəm ki…

– Sonuncu dəfə həmin o cənnət məkanda nə vaxt olmusunuz?

– 1986-cı ildə. O zaman mən orada “Kəpəz” komandasını heyətində (1985-ci ildə “Neftçi”dən ayrılandan sonra bir il bu komandada çıxış etmişəm) Xankəndinin – “Qarabağ” (məlumat üçün bildirim ki, o zaman ermənilərdən ibarət həmin komanda “Spartak” (Stepanakert) adlanırdı. Sonradan “Qarabağ” adı ilə çıxış etməyə başladılar. Təbii ki, bu, onların siyasi gedişlərindən biri idi) komandasına qarşı oynadım (Onda bu komandalar SSRİ çempionatının 2-ci dəstəsində təmsil olunurdular). Bu oyunda biz qalib gəldik – 0:1 (Gəncədə keçirilən cavab matçında isə onları 5:2 məğlub etdik). Həmin matçın ertəsi günü Şuşanı ziyarət etdim. Məlum hadisələr başlayandan sonra isə bir daha Şuşaya getmək mümkün olmadı. Bir sözlə, o mənim Şuşa, Zarıslı ilə son görüşüm oldu.

– Həmin oyun barədə daha nələr yadınızda qalıb?

– Bu oyuna Gəncədən də çoxlu sayda azarkeş gəlmişdi. Oyun zamanı və oyundan sonra yerli azarkeşlər daş, şüşə qablar və sairə atmaqla onları təxribata çəkməyə cəhd etdilər. Polislər həmin münaqişənin qarşısını birtəhər almağa nail oldular. Onu da deyim ki, tribunalardakı gərginlik meydancada da açıq-aydın hiss olunurdu. Ümumiyyətlə, bu komanda digər komandlarımıza qarşı da həmişə kobud mübarizə aparırdı.

– Xarici ölkələrə tez-tez gedirsiniz… Həmkarlarınız billirmi ki, Asim Xudiyevin Şuşası, eləcə də digər ərazilərimiz ermənilər tərəfindən işğal olunub, artıq neçə ildir ki, onların tapdağı altındadır?

– Həmkarlarım mənim həmin bölgədən olmağımı bilmirlər. Sadəcə bilirlər ki, Azərbaycanı təmsil edirəm. Amma müşahidələrimə əsasən deyə bilərəm ki, bəzi həmkarlarım Qarabağ münaqişəsindən agahdırlar. Yəni onlar ölkəmizin müharibə şəraitində yaşadığını, bir milyondan artıq qaçqınımızın olduğunu bilirlər. Bəzi həmkarlarım bununla bağlı mənə müxtəlif suallar da ünvanlayırlar. Mən də onlara Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verirəm. Yəni bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu anlatmağa çalışıram.

– Xaricə gedəndə Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, jurnallar aparırsınızmı?

– Əlbəttə. Mən hər səfərimdə bu münaqişəni tarixi faktlarla özündə əks etdirən materiallar aparır və onları həmkarlarıma təqdim edirəm. Həmin materiallar arasında Heydər Əliyev Fondunun ərsəyə gətirdiyi kitablar üstünlük təşkil edir. Onu da deyim ki, həmin kitablarla məni Azərbaycan Futbol Federasiyaları Assosiasıyası (AFFA) təchiz edir.

“O illərdə futbola maraq daha çox idi”

– Əldə etdiyim məlumata görə, imkanlı ailədə boya-başa çatmısınız. Valideynləriniz sizin futbola bağlanmağınıza necə baxırdılar?

– Atam Xəlil kişi Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi (O, Azərbaycan tarixini yaxşı bilirdi). O uzun illər keçmiş Kirov (indiki Binəqədi) rayonunda məsul vəzifədə çalışıb. Anam Neft və Kimya İnstitutunu bitirib, neftçi kimi fəaliyyət göstərib. Onlar həmişə övladlarının yaxşı təhsil almalarına çalışıblar. Yeri gəlmişkən, mən Binəqədidəki 100 saylı məktəbi bitirəndən sonra indiki Bədən Tərbiyəsi və İdman Akademiyasının pedaqoji fakültəsinə qəbul olunmuşam. Sonra da İqtisad Universitetinə daxil olmuşam. Təhsil mənə çox şey verib. Məsələn, hələ orta məktəbdə ingilis dilini yaxşı mənimsəmişdim. İnandırım sizi, sonradan bu dili öyrənmək üçün heç bir kursa, yaxud müəllimə ehtiyacım olmayıb. Yəni sonradan mən bu dildə öz fikrimi sərbəst şəkildə çatdırmaqda heç bir çətinlilə üzləşmədim.

Bəli, hələ məktəb illərindən məndə futbola çox böyük həvəs var idi. Onun haradan qaynaqlandığını isə dəqiq deyə bilmərəm. Amma mənə hərdən elə gəlir ki, bu maraq o illərdə futbolun daha çox populyar olmasından qaynaqlanıb. O illərdə məhəllə futbolundan uşaq futbol məktəblərinə axın çox idi. Bəli, mən demək olar ki, hər gün məhəlləmizdə futbol oynayar, məhəllə səviyyəli yarışlara qatılardım. Bir sözlə, bizi məhəllədən evlərə qovmaq çox çətin idi. O ki qaldı valideynlərimin mənim bu məşğuliyyətimə necə baxmalarına… Yenə deyirəm, valideynlərim dərslərimə ciddi fikir verməyimi tövsiyyə edirdilər. Mən də təbii ki, onların dediklərinə əməl edər və dərslərimi hazırlayan kimi düşərdüm həyətə.

– Elə isə Asim müəllim futbolçu, həm də hakim kimi onların etimadını doğrulda bildimi?

– Mən sadəcə bir insan kimi onların etimadını doğrultmağa çalışmışam. Valideynlərimin də məndən əsas gözləntiləri elə bu idi.

“Qol vurmamışam”

– “Neftçi”nin şərəfini qorumusunuz. Daha sonra “Kəpəz” və Qazaxın “Göyəzən” komandalarında çıxış etmisiniz. Yoxsa yenə hansısa komanda da oynamısınız? Bir də, ümumiyyətlə, böyük futbola necə gəlmisiniz?

– Mən orta məktəbdə təhsil almaqla yanaşı, 1967-ci ildən 1974-cü ilədək Bakı Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən futbol məktəbinə (o məktəbdə Rafiq Yunus oğlu Məmmədov məşqçim olub) də getmişəm və o illərdə bir sıra yarışlarda meydana çıxmışam. O zaman hər mövsümün axırında Bakı şəhərində perspektivli futbolçuların ənənəvi turniri keçirilirdi. Bu turnirləri mütəxəssislər də izləyirdilər. Mən 1974-cü ildə “Spartak” stadionunda keçirilən turnirdə “Bakı” yığmasının heyətində mərkəz müdafiəçisi mövqeyində çıxış etdim və onların diqqətini cəlb edə bildim. Bu oyundan sonra “Neftçi”nin təlim məşq toplantısına (onda “Neftçi” birinci dəstədə çıxış edirdi) dəvət olundum. Və 1975-ci ildə bu komandanın təlim məşq toplantılarına qatıldım. (Onda heç 18 yaşım tamam deyildi). Az sonra “Neftçi”nin baş məşqçisi Valentin Xlıstov məni komandanın əvəzedici heyətinə daxil etdi (Yeri gəlmişkən, onda əvəzedici komandaların çempionatı da keçirilirdi). Onu da deyim ki, 1975-ci ildə maliyyə problemi ilə bağlı əvəzedicilərin çempionatı dayandırıldı. Onda bir neçə futbolçunu, o cümlədən məni də saxlamaq şərtilə digərlərini evə yolladılar. Bizi “Neftçi”nin əsas heyətindəki məşqlərə cəlb etdilər ki, formamızı saxlayaq.

Elə həmin ilin payızında bizim futbol federasiyasımız perspektivli gənc futbolçuları bir komandaya toplamaq təşəbbüsü ilə çıxış etdi. Və beləcə 1976-cı ildə “Neftyanik”in veteran futbolçusu Əli Əbilzadənin rəhbərliyi altında Bakıda “Avtomobilçi” futbol komandası təşkil edildi (Komanda SSRİ çempionatının 2-ci dəstəsinin 1-ci zonasında iştirak edirdi) və məni də ora göndərdilər (İsgəndər Cavadov, Səmədağa Şıxlarov da bu komandaya cəlb olunmuşdular).

1976-ci ildə “Neftçi” yenidən güclülər dəstəsinə vəsiqə qazandı və bir neçə futbolçunu, həmçinin məni də bu komandaya qaytardılar. Bir sözlə, mən 1977-ci ilin fevralından rəsmi olaraq “Neftçi”yə qəbul olundum və 1985-ci ilə kimi bu komandanın şərəfini qorudum. SSRİ çempionatının güclülər dəstəsində “Neftçi”nin tərkibində 180 dəfə meydana çıxdım.

– Bu müddətdə neçə dəfə fərqlənmisiniz?

– Əgər qol vurmağı nəzərdə tutursunussa, əsas heyətdə bir dəfə də olsun qol vurmamışam. Mənim vəzifəm qol vurmaq yox, rəqib hücumçuların qarşısını almaq idi.

78-ci dəqiqə…

– Söhbətimizə məlum oyunun 78-ci dəqiqəsi ilə davam etdirək…

– İlk dəfə Yerevanda – Razdan stadionunda “Ararat”la oyunda meydana çıxmışam. Yaxşı yadımdadır, həmin oyunda Nikolay Smolnikov zədələndi və mən 78-ci dəqiqədə onu əvəzlədim. Sözün düzü, belə bir məsul oyunda baş məşqçinin (baş məşqçimiz Gennadi Bondarenko idi) mənə etimad göstərməsi gözlənilməz oldu. O qədər həyəcanlı idim ki… Bu oyunla bağlı bircə onu deyə bilərəm ki, 70 minə yaxın azarkeşin izlədiyi həmin matçda həyəcandan məni tər basmışdı. Nə gizlədim, Asəf Namazov, Rəşid Özbəyov, Arif Orucov, Bəxtiyar Qulamov kimi təcrübəli oyunçuların dəstəyinə baxmayaraq, həmin o on iki dəqiqə mənə doxsan dəqiqə kimi gəldi. Yeri gəlmişkən, oyun 1:1 hesabı ilə başa çatdı. Bu oyunum baş məşqçini qane etdi və mən həmin il, yəni 1977-ci ildə əsas heyətin tərkibində daha 9 dəfə meydana çıxdım.

– “Neftçi”dən könüllü ayrılmadınız… Nə baş verdi?

– 1984-cü ilin sonlarında “Neftçi”də müəyyən eniş baş verdi. Leninqradın “Zenit”i ilə oyundan sonra bu problemi bir neçə oyunçunu – Maşallah Əhmədovu, Ələddin Ələkbərovu, o cümlədən məni komandadan uzaqlaşdırmaqla (halbuki bu oyundan əvvəl “Jalgiris”lə (Vilnus) keçirilən yarışda “Ən yaxşı oyunçu nominasiyası”na layiq görülmüşdüm) ört-basdır etməyə səy etdilər. Əslində komandada baş məşqçi problemi var idi. (O il Kazbek Tuayevi Ruslan Abdullayev əvəz etdi). Elə həmin il komandaya, əgər belə demək mümkünsə, öz “srok”unu başa vurmuaş futbolçular (Pivtsov, Çanov, Bazulev, Prokepenko və sairə) dəvət olundular. Uzun sözün qısası, baxdım, gördüm geriyə dönüş yoxdur və mən qismətimə baş əyməli oldum.

– Və Moskvanın “Spartak”ına üz tutmaq istədiniz…

– 1984-ün sonlarında “Spartak” Bakıda oynayırdı. Mən də azarkeş kimi həmin oyuna gəldim. Bir də gördüm məni çağırırlar. Bu, “Spartak”ın inzibatçısı Aleksandr Hajı idi. O dedi ki, bəs baş məşqçimiz Konstantin İvanoviç Beskov səninlə görüşmək istəyir. Onunla elə stadionda görüşdük. O bildirdi ki, baxıram sən heyətdə yoxsan, niyə oynamırsan? Mən ona hər şeyi izah etdim. Bu qısa söhbətdən sonra o, məni Moskvaya dəvət etdi, razılıq verdim. Uzun sözün qısası, bu söhbətdən bir neçə gün sonra Moskvaya bilet aldım. Səfərimə bir gün qalmış yol polisləri heç bir səbəb-filan göstərmədən maşınımı saxlayaraq, cərimə meydançasına apardılar. Bununla bağlı o vaxtki yol polisinin rəisi Ramiz Abbasovla da görüşdüm. O dedi ki, get, maşın on gün burada qalacaq. Amma bu məsələ ilə bağlı mənə heç bir sual vermə. Az sonra mənə məlum oldu ki, bu, bizim baş bilənlərimizin mənim səfərimin qarşısını almaq məqsədilə həyata keçirdikləri planın tərkib hissəsi imiş. Valideynlərimlə məsləhətləşmədən sonra Moskva təklifindən vaz keçməli oldum… Nə isə mənə bəzi rəhbərlərin qoyduqları qadağalar nəticəsində Bakının heç bir komandasında da özümə yer tapa bilmədim. Odur ki, 1985-in iyun ayında ikinci dəstədə çıxış edən “Kəpəz”ə üz tutdum. “Kəpəz”dəki ilyarımlıq çıxışımdan sonra yenə bir il futboldan ayrılmalı oldum. Sonradan “Göyəzən”də bir neçə ay çıxış etdim. Düzü, heç həvəsim qalmamışdı. Yaşım da otuzu haqlamışdı. Odur ki, 1988-ci ildə futbolçu həyatı ilə vidalaşdım. Halbuki mən daha bir neçə il yüksək liqada oynaya bilərdim.

“Gəl hakimlik elə”

– Səhv etmirəmsə, sonra məşqçi kimi özünüzü sınamaq qərarına gəldiniz?

– “Neftçi”nin baş məşqçisi Ağasəlim Mircavadov məni komandaya köməkçi məşqçi kimi dəvət etdi. Elə oldu ki, bir neçə aydan sonra onu vəzifəsindən uzaqlaşdırdılar və yerinə Ruslan Abdullayev gəldi. (Ümumiyyətlə, o vaxtlar “Neftçi”də məşqçi dəyişikliyi tez-tez baş verirdi. Bu da komandanın oyununa təsirsiz ötüşmürdü). Gözləyirdim ki, öz işimi davam etdirəcəyəm. Həm uzun müddət komandada çıxış etmişdim, həm də gənc idim. Amma mənə ehtiyac duymadılar. “Neftçi” futbol klubunun prezidenti Aydın İbrahimov dedi ki, bəs baş məşqçi səni məşqçilər heyətinə daxil etməyib, yeni heyətin öz adamları var. Onların bu hərəkəti mənə elə toxundu ki… O mənə klubda başqa bir iş təklif etdi. Və beləcə, “Neftçi” futbol klubunun ehtiyat qüvvələri şöbəsində mütəxəssis kimi çalışmağa başladım.

– Bəs hakimliyə necə gəldiniz?

– 90-cı ilin yazı idi. Günlərin bir günü tanınmış hakimimiz Rüstəm Rəhimov məni gördü və dedi: “Nə işlə məşğulsan?” Mən ona vəziyyəti izah edəndən sonra o bildirdi ki, burada da işlə, həm də gəl hakimlik elə. Dedim, ay Rüstəm müəllim, mən hara, hakimlik hara? Dedi, sən idman aləmində tanınmış adamsan, səndə hakimlik lap yaxşı alınar. Bu söhbətdən iki gün sonra Rüstəm müəllim dedi ki, bəs hazırlaş Ağdama gedirik, “Qarabağ”la “Sumqayıt” oynayacaq. Sən də o oyunda yan hakim olacaqsan. Beləcə, mənim işimi düzüb qoşdular. Təbii ki müəyyən çətinliklərlə qarşılaşsam da, ilk işim uğurlu alındı. Bu oyundan sonra mənə dedilər ki, indən belə meydançaya baş hakim kimi çıxacaqsan. Elə bil yenidən doğuldum. Və Qusarda baş hakim kimi oyuna çıxdım. Beləcə, 2002-ci ilədək 200 oyun idarə etdim.

– Futbolçu, məşqçi, hakim… Hansında Asim müəllim sözünü deyə bilib?

– Futbolçu kimi axıra kimi öz sözümü tam deyə bilmədim (Amma indi də hamı məni futbolçu kimi tanıyır). Mənim fikrimcə, hakim kimi sözümü deməyi bacarmışam.

– Asim müəllim, bəlkə yeri deyil, amma belə bir sualla da sizə müraciət etmək istəyirəm: son vaxtlar Azərbaycanda veteran futbolçulara diqqət artıb. Bu barədə nə deyə bilərsiniz?

– Digər ölkələrdə futbol veteranlarına çoxlu sayda dəstək verilir. Bizdə isə futbol veteranlarına yalnız AFFA səviyyəsində diqqət göstərilir. Bir də onlar Veteranlar İttifaqı onlara qayğı ilə yanaşır. Bir vaxtlar çıxış etdikləri klublar isə onları nədənsə yada salmır.

əks etdirən materiallar aparır və onları həmkarlarıma təqdim edirəm. Həmin materiallar arasında Heydər Əliyev Fondunun ərsəyə gətirdiyi kitablar üstünlük təşkil edir. Onu da deyim ki, həmin kitablarla məni Azərbaycan Futbol Federasiyaları Assosiasıyası (AFFA) təchiz edir.

“O illərdə futbola maraq daha çox idi”

– Əldə etdiyim məlumata görə, imkanlı ailədə boya-başa çatmısınız. Valideynləriniz sizin futbola bağlanmağınıza necə baxırdılar?

– Atam Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi (O, Azərbaycan tarixini yaxşı bilirdi). O uzun illər keçmiş Kirov (indiki Binəqədi) rayonunda məsul vəzifədə çalışıb. Anam Neft və Kimya İnstitutunu bitirib, neftçi kimi fəaliyyət göstərib. Onlar həmişə övladlarının yaxşı təhsil almalarına çalışıblar. Yeri gəlmişkən, mən Binəqədidəki 100 saylı məktəbi bitirəndən sonra indiki Bədən Tərbiyəsi və İdman Akademiyasının pedaqoji fakültəsinə qəbul olunmuşam. Sonra da İqtisad Universitetinə daxil olmuşam. Təhsil mənə çox şey verib. Məsələn, hələ orta məktəbdə ingilis dilini yaxşı mənimsəmişdim. İnandırım sizi, sonradan bu dili öyrənmək üçün heç bir kursa, yaxud müəllimə ehtiyacım olmayıb. Yəni sonradan mən bu dildə öz fikrimi sərbəst şəkildə çatdırmaqda heç bir çətinlilə üzləşmədim.

Bəli, hələ məktəb illərindən məndə futbola çox böyük həvəs var idi. Onun haradan qaynaqlandığını isə dəqiq deyə bilmərəm. Amma mənə hərdən elə gəlir ki, bu maraq o illərdə futbolun daha çox populyar olmasından qaynaqlanıb. O illərdə məhəllə futbolundan uşaq futbol məktəblərinə axın çox idi. Bəli, mən demək olar ki, hər gün məhəlləmizdə futbol oynayar, məhəllə səviyyəli yarışlara qatılardım. Bir sözlə, bizi məhəllədən evlərə qovmaq çox çətin idi. O ki qaldı valideynlərimin mənim bu məşğuliyyətimə necə baxmalarına… Yenə deyirəm, valideynlərim dərslərimə ciddi fikir verməyimi tövsiyyə edirdilər. Mən də təbii ki, onların dediklərinə əməl edər və dərslərimi hazırlayan kimi düşərdüm həyətə.

– Elə isə Asim müəllim futbolçu, həm də hakim kimi onların etimadını doğrulda bildimi?

– Mən sadəcə bir insan kimi onların etimadını doğrultmağa çalışmışam. Valideynlərimin də məndən əsas gözləntiləri elə bu idi.

“Qol vurmamışam”

– “Neftçi”nin şərəfini qorumusunuz. Daha sonra “Kəpəz” və Qazaxın “Göyəzən” komandalarında çıxış etmisiniz. Yoxsa yenə hansısa komanda da oynamısınız? Bir də, ümumiyyətlə, böyük futbola necə gəlmisiniz?

– Mən orta məktəbdə təhsil almaqla yanaşı, 1967-ci ildən 1974-cü ilədək Bakı Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən futbol məktəbinə (o məktəbdə Rafiq Yunus oğlu Məmmədov məşqçim olub) də getmişəm və o illərdə bir sıra yarışlarda meydana çıxmışam. O zaman hər mövsümün axırında Bakı şəhərində perspektivli futbolçuların ənənəvi turniri keçirilirdi. Bu turnirləri mütəxəssislər də izləyirdilər. Mən 1974-cü ildə “Spartak” stadionunda keçirilən turnirdə “Bakı” yığmasının heyətində mərkəz müdafiəçisi mövqeyində çıxış etdim və onların diqqətini cəlb edə bildim. Bu oyundan sonra “Neftçi”nin təlim məşq toplantısına (onda “Neftçi” birinci dəstədə çıxış edirdi) dəvət olundum. Və 1975-ci ildə bu komandanın təlim məşq toplantılarına qatıldım. (Onda heç 18 yaşım tamam deyildi). Az sonra “Neftçi”nin baş məşqçisi Valentin Xlıstov məni komandanın əvəzedici heyətinə daxil etdi (Yeri gəlmişkən, onda əvəzedici komandaların çempionatı da keçirilirdi). Onu da deyim ki, 1975-ci ildə maliyyə problemi ilə bağlı əvəzedicilərin çempionatı dayandırıldı. Onda bir neçə futbolçunu, o cümlədən məni də saxlamaq şərtilə digərlərini evə yolladılar. Bizi “Neftçi”nin əsas heyətindəki məşqlərə cəlb etdilər ki, formamızı saxlayaq.

Elə həmin ilin payızında bizim futbol federasiyasımız perspektivli gənc futbolçuları bir komandaya toplamaq təşəbbüsü ilə çıxış etdi. Və beləcə 1976-cı ildə “Neftyanik”in veteran futbolçusu Əli Əbilzadənin rəhbərliyi altında Bakıda “Avtomobilçi” futbol komandası təşkil edildi (Komanda SSRİ çempionatının 2-ci dəstəsinin 1-ci zonasında iştirak edirdi) və məni də ora göndərdilər (İsgəndər Cavadov, Səmədağa Şıxlarov da bu komandaya cəlb olunmuşdular).

1976-ci ildə “Neftçi” yenidən güclülər dəstəsinə vəsiqə qazandı və bir neçə futbolçunu, həmçinin məni də bu komandaya qaytardılar. Bir sözlə, mən 1977-ci ilin fevralından rəsmi olaraq “Neftçi”yə qəbul olundum və 1985-ci ilə kimi bu komandanın şərəfini qorudum. SSRİ çempionatının güclülər dəstəsində “Neftçi”nin tərkibində 180 dəfə meydana çıxdım.

– Bu müddətdə neçə dəfə fərqlənmisiniz?

– Əgər qol vurmağı nəzərdə tutursunussa, əsas heyətdə bir dəfə də olsun qol vurmamışam. Mənim vəzifəm qol vurmaq yox, rəqib hücumçuların qarşısını almaq idi.

78-ci dəqiqə…

– Söhbətimizə məlum oyunun 78-ci dəqiqəsi ilə davam etdirək…

– İlk dəfə Yerevanda – Razdan stadionunda “Ararat”la oyunda meydana çıxmışam. Yaxşı yadımdadır, həmin oyunda Nikolay Smolnikov zədələndi və mən 78-ci dəqiqədə onu əvəzlədim. Sözün düzü, belə bir məsul oyunda baş məşqçinin (baş məşqçimiz Gennadi Bondarenko idi) mənə etimad göstərməsi gözlənilməz oldu. O qədər həyəcanlı idim ki… Bu oyunla bağlı bircə onu deyə bilərəm ki, 70 minə yaxın azarkeşin izlədiyi həmin matçda həyəcandan məni tər basmışdı. Nə gizlədim, Asəf Namazov, Rəşid Özbəyov, Arif Orucov, Bəxtiyar Qulamov kimi təcrübəli oyunçuların dəstəyinə baxmayaraq, həmin o on iki dəqiqə mənə doxsan dəqiqə kimi gəldi. Yeri gəlmişkən, oyun 1:1 hesabı ilə başa çatdı. Bu oyunum baş məşqçini qane etdi və mən həmin il, yəni 1977-ci ildə əsas heyətin tərkibində daha 9 dəfə meydana çıxdım.

– “Neftçi”dən könüllü ayrılmadınız… Nə baş verdi?

– 1984-cü ilin sonlarında “Neftçi”də müəyyən eniş baş verdi. Leninqradın “Zenit”i ilə oyundan sonra bu problemi bir neçə oyunçunu – Maşallah Əhmədovu, Ələddin Ələkbərovu, o cümlədən məni komandadan uzaqlaşdırmaqla (halbuki bu oyundan əvvəl “Jalgiris”lə (Vilnus) keçirilən yarışda “Ən yaxşı oyunçu nominasiyası”na layiq görülmüşdüm) ört-basdır etməyə səy etdilər. Əslində komandada baş məşqçi problemi var idi. (O il Kazbek Tuayevi Ruslan Abdullayev əvəz etdi). Elə həmin il komandaya, əgər belə demək mümkünsə, öz “srok”unu başa vurmuaş futbolçular (Pivtsov, Çanov, Bazulev, Prokepenko və sairə) dəvət olundular. Uzun sözün qısası, baxdım, gördüm geriyə dönüş yoxdur və mən qismətimə baş əyməli oldum.

– Və Moskvanın “Spartak”ına üz tutmaq istədiniz…

– 1984-ün sonlarında “Spartak” Bakıda oynayırdı. Mən də azarkeş kimi həmin oyuna gəldim. Bir də gördüm məni çağırırlar. Bu, “Spartak”ın inzibatçısı Aleksandr Hajı idi. O dedi ki, bəs baş məşqçimiz Konstantin İvanoviç Beskov səninlə görüşmək istəyir. Onunla elə stadionda görüşdük. O bildirdi ki, baxıram sən heyətdə yoxsan, niyə oynamırsan? Mən ona hər şeyi izah etdim. Bu qısa söhbətdən sonra o, məni Moskvaya dəvət etdi, razılıq verdim. Uzun sözün qısası, bu söhbətdən bir neçə gün sonra Moskvaya bilet aldım. Səfərimə bir gün qalmış yol polisləri heç bir səbəb-filan göstərmədən maşınımı saxlayaraq, cərimə meydançasına apardılar. Bununla bağlı o vaxtki Bakı yol polisinin rəisi Ramiz Abbasovla da görüşdüm. O dedi ki, get, maşın on gün burada qalacaq. Amma bu məsələ ilə bağlı mənə heç bir sual vermə. Az sonra mənə məlum oldu ki, bu, bizim “yuxarıda” baş bilənlərimizin mənim səfərimin qarşısını almaq məqsədilə həyata keçirdikləri planın tərkib hissəsi imiş. Valideynlərimlə məsləhətləşmədən sonra Moskva təklifindən vaz keçməli oldum… Nə isə mənə bəzi rəhbərlərin qoyduqları qadağalar nəticəsində Bakının heç bir komandasında da özümə yer tapa bilmədim. Odur ki, 1985-in iyun ayında ikinci dəstədə çıxış edən “Kəpəz”ə üz tutdum. “Kəpəz”dəki ilyarımlıq çıxışımdan sonra yenə bir il futboldan ayrılmalı oldum. Sonradan “Göyəzən”də bir neçə ay çıxış etdim. Düzü, heç həvəsim qalmamışdı. Yaşım da otuzu haqlamışdı. Odur ki, 1988-ci ildə futbolçu həyatı ilə vidalaşdım. Halbuki mən daha bir neçə il yüksək liqada oynaya bilərdim.

“Gəl hakimlik elə”

– Səhv etmirəmsə, sonra məşqçi kimi özünüzü sınamaq qərarına gəldiniz?

– “Neftçi”nin baş məşqçisi Ağasəlim Mircavadov məni komandaya köməkçi məşqçi kimi dəvət etdi. Elə oldu ki, bir neçə aydan sonra onu vəzifəsindən uzaqlaşdırdılar və yerinə Ruslan Abdullayev gəldi. (Ümumiyyətlə, o vaxtlar “Neftçi”də məşqçi dəyişikliyi tez-tez baş verirdi. Bu da komandanın oyununa təsirsiz ötüşmürdü). Gözləyirdim ki, öz işimi davam etdirəcəyəm. Həm uzun müddət komandada çıxış etmişdim, həm də gənc idim. Amma mənə ehtiyac duymadılar. “Neftçi” futbol klubunun prezidenti Aydın İbrahimov dedi ki, bəs baş məşqçi səni məşqçilər heyətinə daxil etməyib, yeni heyətin öz adamları var. Onların bu hərəkəti mənə elə toxundu ki… O mənə klubda başqa bir iş təklif etdi. Və beləcə, “Neftçi” futbol klubunun ehtiyat qüvvələri şöbəsində mütəxəssis kimi çalışmağa başladım.

– Bəs hakimliyə necə gəldiniz?

– 90-cı ilin yazı idi. Günlərin bir günü tanınmış hakimimiz Rüstəm Rəhimov məni gördü və dedi: “Nə işlə məşğulsan?” Mən ona vəziyyəti izah edəndən sonra o bildirdi ki, burada da işlə, həm də gəl hakimlik elə. Dedim, ay Rüstəm müəllim, mən hara, hakimlik hara? Dedi, sən idman aləmində tanınmış adamsan, səndə hakimlik lap yaxşı alınar. Bu söhbətdən iki gün sonra Rüstəm müəllim dedi ki, bəs hazırlaş Ağdama gedirik, “Qarabağ”la “Sumqayıt” oynayacaq. Sən də o oyunda yan hakim olacaqsan. Beləcə, mənim işimi düzüb qoşdular. Təbii ki müəyyən çətinliklərlə qarşılaşsam da, ilk işim uğurlu alındı. Bu oyundan sonra mənə dedilər ki, indən belə meydançaya baş hakim kimi çıxacaqsan. Elə bil yenidən doğuldum. Və Qusarda növbəti oyuna baş hakim kimi çıxdım. Beləcə, 2002-ci ilədək təxminənən 200 oyun idarə etdim.

– Futbolçu, məşqçi, hakim… Hansında Asim müəllim sözünü deyə bilib?

– Futbolçu kimi axıra kimi öz sözümü tam deyə bilmədim (Amma indi də hamı məni futbolçu kimi tanıyır). Mənim fikrimcə, hakim kimi sözümü deməyi bacarmışam.

– Asim müəllim, bəlkə yeri deyil, amma belə bir sualla da sizə müraciət etmək istəyirəm: son vaxtlar Azərbaycanda veteran futbolçulara diqqət artıb. Bu barədə nə deyə bilərsiniz?

– Digər ölkələrdə futbol veteranlarına çoxlu sayda dəstək verilir. Bizdə isə futbol veteranlarına yalnız AFFA səviyyəsində diqqət göstərilir. Bir də Veteranlar İttifaqı onlara qayğı ilə yanaşır. Bir vaxtlar çıxış etdikləri klublar isə onları nədənsə yada salmır.

Qvami Məhəbbətoğlu