“Artıma kiçik deyib keçməyin…”

459

“İçməli su tariflərinin ardınca elektrik enerjisinin qiyməti artırıldı – təxminn 17%. Devalvasiyadan sonra iqtisadiyyatın iflyasiya həssaslığı əhəmiyyətli dərəcədə yüksəlib”. “Zaman.az” xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. Ekspert bildirib ki, belə şəraitdə tarifləri dövlət tərəfindən tənzimlənən məhsulların (xidmətlərin) qiymətinin artırılması baza inflyasiyasının artırmaqla ölkədə ümumi qiymət səviyyəsinin yüksəlməsini şərtləndirir: “Bəs “1 qəpiklik!” artım iqtisadiyyat və ev təsərrüfatları üçün əlavə nə qədər xərc yaradacaq? Rəsmi məlumata görə, hazırda ölkə üzrə təxminən 17 milyard kv.saat elektrik enerjisi istehlak edilir. Bu köhnə tariflərlə 1.020 milyard manat edirdi. Yeni tariflərlə 1.190 milyard manat edəcək. Yəni 1 qəpiklik!” artım iqtisadiyyat və ev təsərrüfatları üçün əlavə 170 milyon manat xərc yaradacaq. Əhalinin enerji istehlakı təxminən 7 milyard kv.saat, iqtisadiyyatın sektorlarının istehlakı isə 9 milyard təşkil edir. Artan tarifə görə xərclərin 42 milyon manatını ailələr, 148 milyon manatını isə müəssisə və təşkilatlar ödəyəcək. Aydındır ki, müəssisə və təşkilatlar öz artan xərlərini məhsul və xidmətlərin qiymətinə əlavə etməklə əhalidən alacaqlar. Nəticədə əhali təkcə özü istehlak elədiyi 7 milyard kv.saata görə deyil, iqtisadiyyatdan aldığı məhsul və xidmətlərin yaradılmasına sərf edilən enerjiyə görə də xərcə düşəcək.
Azərbaycanda 2.5 milyon enerji alan ailə təsərrüfatının olduğunu nəzərə alsaq, “1 qəpiklik!” artım birbaşa və dolayı yolla hər bir ailəyə ayda təxminən 7-8 manat zərə vuracaq. “1 qəpiklik!” artıma kiçik deyib keçməyin – enerji şəbəkəsinə 190 milyon manat əlavə vəsait gətirəcək…”