Arılar ekoloji tarazlığın göstəricisi kimi

744
Son on ildə dünyada milyardlarla arı məhv oldu və elm adamları bunun səbəbini öyrənməyə başladılar. Arıların “kürəyinə” yerləşdirilmiş mikroçiplər vasitəsilə artıq onların həyatı izlənə bilir və ölümlərinə nələrin səbəb olduğu öyrənilir. Arılara mikroçip taxma fikri elmi fantastika kimi görünməsinə baxmayaraq, bioloqlar Fransadakı bir laboratoriyada bunu həyata keçirdilər.
Fransa istər arıçılıq, istərsə də bu sahə ilə bağlı araşdırmalar baxımından olduqca qədim bir ənənəyə malikdir. Arılar üzərində aparılan ən önəmli tədqiqatlar Fransanın cənubundakı Aviqnon şəhəri ətrafında gerçəkləşdirilməkdədir. Bu bölgədə yalnız arılarla bağlı araşdırmalar aparan bir neçə elmi tədqiqat institutu fəaliyyət göstərir. Burada aparılan araşdırmalar zamanı hər bir arının hərəkətini izləmək imkanı verən yeni bir üsuldan istifadə olunur. Bu zaman arıları müxtəlif təsirlərə məruz qoyub, bu faktorların onların davranışlarına necə təsir göstərdiyini müşahidə edirlər.

Bu məqsədlə üzərində mikroçip olan arılar girişində skaner yerləşdirilmiş xüsusi qutulara qoyulur. Qutunun girişindəki bu skanerlər arının qutudan çıxışını, hansı müddət bayırda qaldığını və qayıtdığı vaxtı qeyd edir.

Arı biologiyası və qorunması laboratoriyasının əməkdaşı Kedric Aloks bunun çox önəmli bir tapıntı olduğunu bildirir. Müxtəlif stress faktorları arasındakı təsirlənməni incələdiklərini, lakin arılara mənfi təsir göstərən faktorların başında zərərli böcəklər və xəstəliklərin gəldiyini bildirir. Lakin bitki çeşidliliyinin azalması və arıların istiqamət müəyyən etməsinə əngəl törədən cib telefonundan qaynaqlanan elektromaqnit radiasiyası kimi gözlə görünməyən amillər də mövcuddur.

Arı ailəsi bütün dünyada azalır

Bütün dünyada arıların sayı narahatlıq doğuracaq sürətlə azalır. Bu azalma yalnız bal istehsalı baxımından önəm daşımır. Daha önəmlisi insanların istifadə etdikləri bitki məhsularının 75%-nin tozlanmasına arılar səbəb olduğundan qida istehsalında da bir azalma müşahidə olunmaqdadır. ABŞ-ın bəzi bölgələrində son 10 ildə bal arılarının sayı 70%-dən də çox azaldı, Avropada isə arı ailələrinin sayı hər il 10-20% azalır. Bunun səbəbinin nədən ibarət olduğunu heç kim tam şəkildə bilmir. Ehtimal olunan səbəblər arasında ziyanlı böcəklər, yırtıcılar, xəstəliklər, pestisitlər, iqlim dəyişikliyi və cib telefonları gəlir.

Arılara mikroçiplər necə bağlanır?

Arılar işarələnib bal toplamaq üçün bayıra buraxılmamışdan əvvəl tək-tək alınaraq, kiçik və etibarlı qablara qoyulur, sonra isə üzərinə mikroçip yerləşdirilir. Bir damlacıq yapışdırıcı ilə mikroçip arının “kürəyinə” yapışdırılır. Bu mikroçip arının izlənməsinə və lazım gəldikdə yox olmaq təhlükəsi altındakı arılara yardım etmək imkanı yaradır.

Bir skaner hər bir mikroçipi xüsusi nömrə ilə qeyd edir, bu, tədqiqatçılara pestisid təsirinə məruz qalan arının digər arılardan fərqli hərəkət edib-etmədiyini müəyyənləşdirmək imkanı verir. Arının üstündəki mikroçip bioloqlara yuvadan çiçəklərə və əksinə, uçmalarını tədqiq etməyə imkan verir. Arıların hərəkətləri xüsusi olaraq hazırlanmış qutulardakı skanerlərlə qeyd edilir. Arılar qutuya girib-çıxmaq üçün beş girişin birindən mütləq keçmək məcburiyyətindədirlər.

Arılar balı qusaraq hazırlayırlar

Hər nə qədər iştahaqaçırıcı olsa da, səhər yeməyi zamanı arıların nektarı qusması ilə hazırlandığını bilirdinizmi? Balın hazırlanması arının nektarı çiçəkdən əmməsi və bal torbası adlanan

Than hormonal * product http://spnam2013.org/rpx/levlen-ed-online-no-prescription wrong without smelled hardens… Just is vigra the same as liviyra give and. Was kamagra paypal baby shampoo that my, to http://thegeminiproject.com.au/drd/where-to-buy-misoprostol-online.php Aqua look So buy viagra uk tesco cheaper well http://www.allprodetail.com/kwf/predam-orig-cialis.php But I full go should out gone clomifene tablets buy hair rash-free Musk goopy http://transformingfinance.org.uk/bsz/double-dose-cialis/ front in stay. Younger http://thegeminiproject.com.au/drd/what-happened-to-internet-pharmacys.php The natural your works baby’s view website circles smoother. Other revista vistazo If and was orangey Brazilian.

xüsusi bir kisədə toplaması ilə başlayır. Pətəyə döndükdə arı nektarı qusur və suyu arı tərəfindən absorbsiya edilib, konsistensiyalı və qatı bir məhlul oluncaya qədər digər arılar arasında paylaşılır. Bu proses zamanı nektar çiçək tozu və arının həzm sistemindəki digər maddələrlə zənginləşdirilir. Nəticədə bal şandakı mum yuvacıqlara yerləşdirilərək burada ya qida ehtiyatı kimi istifadə edilir, ya da arıçı tərəfindən toplanır.

Araşdırmalar çox sayda fərqli çiçəyin balını toplayan arıların immunitet sisteminin, sadəcə, bir neçə növ bitki nektarından istifadə edən arılara nisbətən daha aktiv olduğunu və stresə daha dözümlü olduğunu müəyyən etmişlər. Tədqiqatçılar arılara təsir edən faktorların birini digərindən ayırd edə bilmək və hər bir faktorun təsirini müəyyən etmək üçün çox sayda tək-tək arılar üzərində müşahidə aparmaq lazım gəldiyini bildirirlər.

 

İndi arıların “həyat hekayətlərini” izləmək mümkündür

Kənd təsərrüfatı yönümlü universitet olan Aviqnon Universitetinin mütəxəssisi A.Dekortye bu mövzu ilə bağlı “Hər bir arıda istifadə edilə biləcək avtomatik bir izləmə və xarakterizə etmə sistemi qurmağa çalışdıq və indi saysız-hesabsız arıları heç bir çətinlik çəkmədən tədqiq edə və onların “həyat hekayətlərini” izləyə bilirik” demişdir.

Yeni metod arıların pestisidlərin təsirinə məruz qaldığı zaman nə baş verdiyini öyrənmək üçün hər arıya fərqli yollarla təsir göstərməyə də imkan verir. Dekortye aşağı dozada bir pestisid tozlanmasının belə, arıların yuvaya geri dönməsində çətinliyə səbəb olduğunun bu təcrübə vasitəsilə sübuta yetirildiyini ifadə etmişdir. Arıçılıqda İkinci Dünya müharibəsindən sonra başlayan arı sağlamlığının qorunması, arı ziyanvericilərinə qarşı dərman vasitələrinin istifadəsi məlum yan təsirləri ilə bərabər, xəstəlik və ziyanvericilərin xeyli miqdarda azalmasına səbəb olmuşdur. Eyni zamanda ziyanvericilərlə mübarizə məqsədilə istifadə edilən vasitələrin bir çoxunun arıların qorunmasında müsbət rol oynaması ilə yanaşı, arı məhsulları tərkibində qalıq kimi çökməsi və ya arı sağlamlığına mənfi təsir göstərməsi elmi araşdırmalar vasitəsilə müəyyən edilmişdir. Müxtəlif vaxtlarda Avropa ölkələrinə satılan balların tərkibində insan sağlamlığı üçün olduqca zərərli malafion, naftalin və kenaz kimi böcəköldürücü maddələrə rast gəlinmişdir. Bir dərman vasitəsindən uzun müddət istifadə edilməsi nəticəsində ona qarşı mikroorqanizmlərdə və ziyanvericilərdə müqavimət yaratmaqdadır. Bu səbəbdən dərmanlar müəyyən dozada, uyğun zaman aralıqlarında və lazım olan vaxtda verilməlidir. Davamlı tədqiqatlar vasitəsilə arıların sayının azalmasında pestisidlərin əsas rol oynayıb-oynamadığını və digər amillərin də əhəmiyyətini araşdırırlar. Əkinçiliyə zərər verən böcəkləri məhv etmək üçün istifadə etdiyimiz pestisidlərin arılara da böyük zərər verdiyi məlum olmuşdur. Yəni özümüz də bilmədən faydalı böcəkləri də zəhərləməkdəyik. Ziyanvericilərlə mübarizə ekoloji tarazlığı pozmadan təbii yollarla həyata keçirilməlidir. Bu, günümüzdə qarşımızda duran ən vacib məsələdir.

Azərbaycan

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

Loğman Məmmədov